Icma.az
close
up
RU
“Onlarla çox məşq keçirməyə vaxtımız olmadı”

“Onlarla çox məşq keçirməyə vaxtımız olmadı”

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransı keçirib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis sabah Latviya yığmasıyla keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bölüşüb, eyni zamanda jurnalistlərin suallarını cavablandırıb:

“Təlim-məşq toplanışının əvvəlindən bugünədək futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacarırlar. Onlardan nə tələb edəcəyimi dərk edirlər. Əlbəttə, milli komanda toplanışa daha tez başlayıb. Kubok matçından sonra kollektivə qoşulan oyunçular var və onlar da intensiv məşq edirlər. Bütünlükdə sabahkı oyuna köklənmişik. Bizi çətin qarşılaşma gözləyir. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Latviya seçməsinin heyətində kifayət qədər keyfiyyətli futbolçular var. Bu rəqiblə bağlı futbolçulara kifayət qədər məlumat verilib. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq”.

- Hazırkı heyət seçmə mərhələdə oynamaq üçün yetərlidir? Millimizdən Fransa və İslandiya kimi komandalarla oyunda nə gözləyirsiniz?

- Hazırkı durumda həmin oyunlara köklənməmişik. Sabah Latviya ilə matçımız var və bu görüşə konsentrasiya olmuşuq. İstər Fransa, istərsə də İslandiyanın öz oyun üslubu var. Bugünədək milliyə 30-a qədər futbolçu dəvət olunub. Onların arasından yenə də seçim edəcəyik. Dəyişikliklərin olması gözləniləndir.

- Mövsümün sonuyla əlaqədar həm psixoloji, həm də fiziki cəhətdən yorğunluq var, bu, hazırlığınıza necə təsir göstərir?

- Ümumilikdə futbolçuların hamısı çox istəklidirlər. Bəzi oyunçular da var ki, komandaya gec qoşulublar və bir məşqlə kifayətləniblər. Azərbaycan Kubokunun finalından sonra milliyə qoşulan futbolçularla çox məşq etməyə vaxtımız olmayıb. Dünənki məşqimiz bərpa xarakterli idi. Bugünkü hazırlıqla isə sabahkı oyuna hazırlaşacağıq. Qeyd etdiyiniz məqam səbəb olaraq göstərilə bilməz. Oyunçularımız çox istəklidirlər və bunun faydasını sabah görəcəyimizə inanıram.

- Bədavi Hüseynov zədə səbəbilə heyətdən çıxarıldı, lakin onun əvəzinə başqa mərkəz müdafiəçisi dəvət olunmadı. Bu, Azərbaycanda həmin mövqedə kifayət qədər yaxşı futbolçunun olmaması ilə əlaqədardır?

- Xeyr. Bu mövqeyə 7 futbolçu dəvət olunmuşdu. Ona görə də əlavə oyunçuya ehtiyac duymadım.

- Millimizin kapitanı kim olacaq və penalti zərbəsini kim yerinə yetirəcək?

- Bu sualı gözləyirdim (gülür). Əlbəttə, ilk "11-lik"də yer alsa, bu, Emin Mahmudov olacaq.

Qeyd edək ki, sabah Latviyanın paytaxtı Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya – Azərbaycan matçı saat 17:00-da start götürəcək.

Elsevər Məmməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 İyun 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri