Icma.az
close
up
RU
Onlayn iPhone və televizor sifariş verdi, evə gətiriləndə qırıq çıxdı

Onlayn iPhone və televizor sifariş verdi, evə gətiriləndə qırıq çıxdı

Icma.az, Baku.ws saytına istinadən bildirir.

24 aprel 2025-ci il tarixində onlayn alış-veriş platforması vasitəsilə "iPhone" telefonu və televizor sifariş edib (sifariş nömrəsi: 11004538489). Hər iki məhsul həyat yoldaşımın ad günü münasibətilə hədiyyə məqsədilə alınıb.

Bu barədə Azər Rzayev adlı vətəndaş BAKU.WS-in "qaynar xətti"nə müraciətində bildirib.

O, vurğulayıb ki, göndərilən məhsullardan televizor qutudan çıxarılarkən zədələnmiş olub.

"Televizoru yalnız 30 aprel 2025-ci il tarixində – həyat yoldaşıma ad günü sürprizi etmək məqsədilə – qutudan çıxarmışam. Bu zaman televizorun ekranının daxildən zədələnmiş və çatlamış olduğunu müşahidə etmişəm. Sözügedən zədə açıq şəkildə daşınma və ya istehsal qüsurudur. Məhsul alındığı gündən bu tarixədək açılmayıb və istifadə edilməyib", - deyə şikayətçi bildirib.

Elə həmin gün də, məhsulu safaris verən şirkətlə əlaqə saxlanılsa da, bildiriblər ki, problem onlarla bağlı deyil:

"Mənə bildirildi ki, məhsulun dəyişdirilməsi mümkün deyil və guya bu zədə mənim tərəfimdən törədilib.

Bu iddia heç bir texniki baxış və ekspertiza keçirilmədən, sadəcə fərziyəyə əsaslanaraq irəli sürülüb".

Qeyd edək ki, Azər Rzayev kimi bir çox vətəndaş online sifariş zamanı aldıqları məhsullardan narazı qalır və eyni problem yaşayırlar. Bəs internet üzərindən alış-veriş zamanı vətəndaşlar nələri bilməlidir və problem hansı istiqamətdə həll edilməlidir?

Bu və digər suallara cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxladıq. Qurum rəsmisi BAKU.WS-ə açıqlamasında bildirdi ki, online ticarətdə əhalinin aldadılması çox geniş yayılmış bir məsələdir.

"Elektron ticarət haqqında qanuna görə, istehlakçının hüququ var ki, 14 gün müddətində istehlakçının tələbini ödəməyən mal dəyişdirilsin. Dəyişdirilməyən mal olmasa qaytarılsın. Lakin əhali onlayn ticarətlə əks əlaqəni yaratmaqda çətinlik çəkir", - deyə ekspert bildirib. 

Eyyub Hüseynov deyir ki, internet vasitəsilə əhali  mal alan zaman çox diqqətli olmalıdırlar: Malı təhvil alan zaman mütləq açıb yerində baxmalıdırlar. Əgər məhsulun qüsuru olarsa bunun qeyd edilməsini tələb etməlidirlər. Məhsulu yerində yoxlamalıdırlar. Vətəndaşlar online alış-veriş zamanı qəbul etdikləri malı evə aparıb, sonra açmaq böyük səhvdir". 

Eyyub Hüseynovun sözlərinə görə, bütün hallarda istehlakçı onlayn ticarətdə hüquqları pozularsa 012 499 76 00 telefonu ilə dövlət orqanlarına müraciət etsinlər.

Ziya SƏCCAD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 İyun 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri