Onlayn növbə sistemi nə zaman tam tətbiq ediləcək? RƏSMİ CAVAB
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Xeyli vaxtdır bir çox xəstəxanalarda onlayn növbə sisteminin tətbiq edilməsinə başlanılıb.
Bu sistemin məqsədi xəstələrin həkimə asan və tez yazılması, uzun növbələrin azaldılmasıdır. Amma vətəndaşların bu xidmətin keyfiyyətindən narazı olduğunu bildirirlər. Bəziləri sistemin düzgün işləmədiyini, digərləri isə onlayn yazılsalar da, yenə də xəstəxanada növbə gözlədiklərini deyirlər.
Onlayn növbə sistemi tətbiq olunan tibb müəssisələrində mütəmadi monitorinqlər aparılır. Əgər nəticələr müsbət olarsa və sistem effektivliyini göstərərsə, bu xidmətin ölkə üzrə daha geniş şəkildə tətbiqi planlaşdırılır.
Bəs onlayn növbə sisteminin tam şəkildə tətbiqi ilə bağlı vəziyyət necədi? Hazırda neçə xəstəxanada onlayn növbə sistemi işləyir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-ın sorğusuna Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, onlayn növbə sisteminin tətbiqinin genişləndirilməsi planlaşdırılır:
“TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Sentyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















