Icma.az
close
up
RU
Onlayn qumar təşkil edən şəbəkə üzvləri saxlanıldı Bakıda əməliyyat (VİDEO)

Onlayn qumar təşkil edən şəbəkə üzvləri saxlanıldı Bakıda əməliyyat (VİDEO)

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası istiqamətində xüsusi əməliyyat keçirib.

"Unikal" xəbər verir ki, eyni anda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə baş tutan tədbir zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, “Instagram”da bu şəxslər tərəfindən “TT”, “Admiral”, “Bir-iki”, “Gold” və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər. N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq  məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər.

Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan “Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər. Dəstə üzvlərindən  aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub. 

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu müəyyən edilib. 

Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri