Icma.az
close
up
RU
Onlayn ticarət artır, bəs real satışlar azalırmı?

Onlayn ticarət artır, bəs real satışlar azalırmı?

Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin yanvar-oktyabr aylarında ölkədə elektron pərakəndə ticarət dövriyyəsində nəzərəçarpan yüksəliş müşahidə olunub. Rəsmi statistikaya əsasən, elektron pərakəndə ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 73,9 faiz artaraq 193,5 milyon manat səviyyəsinə çatıb. Bu dinamika son illər ərzində rəqəmsal ticarət platformalarına olan tələbatın artdığını, istehlakçı davranışlarında isə onlayn alış-verişin payının böyüdüyünü göstərir. Bununla belə, ölkənin ümumi pərakəndə ticarət dövriyyəsində (52 milyard 615,7 milyon manat) elektron satışların xüsusi çəkisi nisbətən aşağıdır – ümumi dövriyyənin cəmi 0,37 faizi informasiya sistemlərindən (internet, ekstranet və s.) istifadə edilərək həyata keçirilən satışların payına düşür. Mövcud mənzərə elektron ticarətdə sürətli faiz artımına baxmayaraq, onun nominal həcm üzrə ümumi bazarda hələ ki, məhdud yer tutduğunu ortaya qoyur. Məhz bu səbəbdən elektron ticarətin genişlənməsinin fiziki ticarətə təsiri barədə suallar aktuallaşır.

Mövzu ilə əlaqədar AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, hər bir ölkədə pərakəndə ticarət dövriyyəsi fiziki və elektron ticarətin cəminə bərabərdir, yəni elektron ticarət dövriyyəsi artdıqca fiziki ticarət dövriyyəsinin həcmində azalma ola bilər.

“Ancaq pərakəndə ticarət dövriyyəsində artım elə formada ola bilər ki, burada həm elektron, həm də fiziki ticarətin həcmi artsın. Bu ilin 10 ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə elektron pərakəndə ticarət dövriyyəsində real ifadədə bilavasitə artım 193 milyon manatdır. Bu isə o qədər də böyük rəqəm deyil, yəni bu o deməkdir ki, fiziki ticarətin də həcmi artıb. Pərakəndə ticarətin hər 100 manatından təxminən 60 manatı isə Bakı şəhərinin payına düşüb. Hazırkı vəziyyətdə elektron ticarətin həcminin artması fiziki ticarətin həcminin azalması mənasına gəlmir. Çünki artım 74 faiz olsa da, real ifadədə bu, cəmi 193,5 milyon manat deməkdir. Ancaq pərakəndə ticarətin həcmi isə daha böyük rəqəmdə ifadə olunur”,- deyə ekspert bildirib.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpost.info
archiveBu xəbər 11 Dekabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri