Icma.az
close
up
RU
Onlayn ticarət dələduzluğu: Kartla pul ödənildikdən sonra aradan çıxırlar

Onlayn ticarət dələduzluğu: Kartla pul ödənildikdən sonra aradan çıxırlar

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sosial şəbəkələrin, texnologiyaların inkişaf etdiyi dönəmdə insanların dələduzluq qurbanı olması halları da çoxalır.

Elə keçən günlərdə xəbər verdiyimiz - sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslərin tutulması buna nümunədir.

Belə ki, onlar müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.

Bəs qurbana çevrilməmək üçün vətəndaşlar nəyə diqqət etməlidirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bununla bağlı çoxlu şikayətlər daxil olur.

Eyyub Hüseynov: Mağaza sahibləri də, istehlakçılar da bu işdə çox diqqətli olmalıdırlar

E.Hüseynov nəzərə çatdırıb ki, yaxşı mallar satılan dükandakı məhsullar ayrı profil adı altında nümayiş olunur və ucuz qiymət təklif edilir:

“Vətəndaşlar pulu ödəyirlər. Lakin mağaza ilə həmin adamın heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq, onun səhifəsini kopyalayırlar və kartla pul ödənildikdən sonra aradan çıxırlar”.

Bunun çox ciddi bir problem olduğunu deyən ekspertin sözlərinə görə, burada həm malı satan mağaza sahibi uduzur, həm də istehlakçı aldadılır.

Müsahibimiz vurğulayıb ki, klassik ticarətlə onlayn ticarətin ciddi rəqabətdə olduğu bir şəraitdə istehlakçıların aldadılması da sürətlə artır:

“Düşünürəm ki, mağaza sahibləri öz səhifələrini qorumaq üçün mümkün olan texnoloji yollardan istifadə etməlidir ki, onların səhifəsini kimsə kopyalaya bilməsin.

Belə halda istehlakçılar yalnız polisə müraciət etməlidir. Bu, ciddi bir problemdir. Mağaza sahibləri də, istehlakçılar da bu işdə çox diqqətli olmalıdırlar”.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Yanvar 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri