Onlyan iclasda katibəni qucaqlayan deputat işdən qovuldu FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Özbəkistanda onlayn iclas zamanı katibəni qucaqlayan məmur işdən azad edilib.
Milli.Az xəbər verir ki, Özbəkistanda dövlət qulluqçusunun onlayn iş toplantısı zamanı katibəsi ilə qeyri-etik davranışı ölkə ictimaiyyətində geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan videoda məmurun videokonfrans zamanı katibəni qucaqladığı və yaxınlıq göstərdiyi aydın görünür. Hadisə ictimai və media təzyiqi fonunda qısa müddətdə rəsmi orqanların müdaxiləsinə səbəb olub.
Özbəkistanın müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma apararaq məmurun hərəkətlərinin dövlət qulluqçusu etikası ilə uzlaşmadığını və nüfuz zədələyici xarakter daşıdığını bəyan edib. Araşdırmanın nəticəsi olaraq həmin məmur və katibəsi tutduqları vəzifələrdən azad ediliblər.
Özbəkistanın Dövlət Xidmətləri Agentliyi məsələ ilə bağlı açıqlamasında bildirib ki, dövlət qulluqçuları yüksək davranış standartlarına əməl etməli və öz nümunələri ilə cəmiyyətə örnək olmalıdırlar. Qurum həmçinin gələcəkdə bu kimi halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndiriləcəyini qeyd edib.
İsmayıl
Milli.Az
Baxış sayı:46
Bu xəbər 29 İyul 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















