Onu başqası ilə əvəzləmək mümkün deyil, çünki... Məşqçisi Silvanın gedəcəyini təsdiqlədi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Mançester Siti"də Xosep Qvardiolanın köməkçilərindən olan Xosep Linders komandanın yarımmüdafiəçisi Bernardu Silvanın cari mövsümün sonunda "şəhərlilər"in sıralarını tərk edəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sky Sports" belə çatdırıb:
"Kapitanımız unikaldır. Onu başqası ilə əvəzləmək mümkün deyil, çünki belə oyunçu yoxdur. Bernardunun son 6 həftəni yaxşı keçirəcəyinə və klubla layiqincə vidalaşacağına ümid edirəm. O, böyük diqqəti haqq edir".
Silva MS ilə 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 43 matça çıxan portuqaliyalı 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 06 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















