Icma.az
close
up
RU
“Onu bütün “Neftçi” azarkeşlərinə də bağlamaq düzgün deyil“

“Onu bütün “Neftçi” azarkeşlərinə də bağlamaq düzgün deyil“

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Zirə” – “Sumqayıt” (3:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

– Futbolçularımı təbrik edirəm. Olduqca vacib 3 xal qazandıq. İlk hissə bizim üçün daha rahat keçirdi. Amma istər fasilədə, istərsə də çempionat zamanı “Sumqayıt”ın rəngarəng və baxımlı futbol oynadığını xatırladırdıq. Bunda Vaqif Cavadovun böyük rolu var. Maraqlı işlər görür. Xüsusən də hücum fazasında diqqət cəlb edən həmlələr edir. Üstünlüyümüzə baxmayaraq ikinci hissəsin əvvəlində qol buraxdıq və ondan sonra komanda üzərində müəyyən stres yarandı. “Sumqayıt” da daha böyük qüvvə ilə irəli atıldı. Biz isə məcburiyyətdən son 15-20 dəqiqədə daha çox müdafiəyəmeylli dəyişikliklər edirdik. Rəqib də həmin zaman hücumlar edirdi. Onlar da hesabı bərabərləşdirə bilərdilər. Şükürlər olsun ki, 3-cü qolu biz vurduq. “Sumqayıt”a uğurlar arzulayıram.

– Qalib gəlməsəydiz “Qarabağ” rəsmən çempion olacaqdı. İstənilən halda bu durum sizi daha çox motivasiya edirdi?

– Xeyr, açığı bu barədə heç düşünmürdük. “Qarabağ” artıq çempiondur, sadəcə onu formallaşdırmaq qalıb. Sadəcə özümüzü düşünürük. Avrokuboklara düşmək üçün imkan dərəcəsində yüksək yerlər uğrunda çalışırıq. Hazırda yalnız bunu düşünürük. Hətta ikinci qolu buraxsaydıq da futbolçularıma qəzəblənməyəcəkdim. Sona doğru futbolçularda stres olur. Hansı klub bunun öhdəsindən gələcəksə, o da daha yaxşı yerlərdə qərarlaşacaq.

– 16 il öncə formasınl geydiyiniz “Kocaelispor” Türkiyə Super Liqasına vəsiqə qazandı. Bu barədə hislərinizi bölüşə bilərsiz?

– Çox sevindim. O şəhər, o azarkeşlər, o camiə yüksək liqada çıxış etməyə layiqdir. Şəhərdə yeni gözəl stadion da tikilib. Ümumiyyətlə, “Bursaspor”dur, “Kocaelispor”dur hansı ki, bu tip komandalar yüksək liqada oynamağa layiqdirlər. “Kocaelispor”u yaxından izləyəcəm və onlara azarkeşlik edəcəm.

– Ötən tur “Neftçi”ylə oyunda Stefan Akaya qarşı irqçilik şüarları səsləndirildi. Bu oyunda isə Aka tribunada idi. Onun psixoloji durumu necədir?

– Düzü bu haqda məndə ətraflı məlumat yoxdur.

– AFFA İntizam Komitəsi də bu məsələylə bağlı “Neftçi”ni cəzalandırmışdı…

– Bilmirəm. Biz “Neftçi”ylə matçda onu zədəylə bağlı dəyişmək istəyirdik, amma o, davam etmək istədi və zədəsini daha da pisləşdirdi. Artıq 2-3 həftə oyunlarda iştirak edə bilməyəcək. Amma ikinci yarıda göstərdiyi performansa görğ zədələnməsinə dəyərdi. Çünki olduqca vacib qələbə oldu. Aka gözəl qəlbli və gözəl xarakterli bir insandır. Ancaq mən irqçi şüarı eşitməmişəm. Eşitsəydik əgər, bəlkə də şərh etmək olardı. Bəlkə də bir nəfər kimsə deyib. Onu bütün “Neftçi” azarkeşlərinə də bağlamaq düzgün deyil.

– Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu, sizin yerlilərlə bağlı planlarınıza təsir edəcək?

– Yox, planlarımızı dəyişmir. Rəqabət olacaq. Biz DAK-la avrokubok matçında səfərdə 5 yerli ilə oynamışdıq. Kim güclü olacaqsa, o da oynayacaq. Heyətimizdə yerlilər də olacaq. Dəyərli yerlilərimiz var.  

– Danışıq apardığınız futbolçular var?

– Bəli, danışıq apardıqlarımız var. Danışacağımız futbolçular var. Amma çox futbolçu bizimlə davam edəcək.

Mirkamal Kazım

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Aprel 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri