Onu əlimizdən almağın bədəli var idman direktoru Mahiri komandaya qaytardı!
Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Bild"in məlumatına görə, Mahir komanda yoldaşlarından birinə ayrılmaq niyyətində olduğunu lap əvvəldən etiraf edib.
O, bazar ertəsinə qədər "Nürnberq"in düşərgəsində fərdi məşqlərlə məşğul olsa da, dünən səhər saatlarında çoxunu düşündürən hadisə baş verib. Belə ki, futbolçu komanda yoldaşlarıyla birgə məşq edib. Məsələnin nə yerdə qaldığını araşdıran "Bild" klubun idman direktoru Yoti Çatzialexioudan açıqlama alıb:
"Bəli, Mahir komandayla birgə məşqlərə qoşuldu. Bir daha heyətdən çıxarılmayacaq. Bu haqda özüylə də danışdım. Nə o, nə də mən hansısa təzyiq altında deyilik. Öz qərarlarımızı özümüz veririk. Koreya klubu Mahiri istəyirsə, "Nürnberq"lə danışıqlar aparmalıdı. Bizə müraciət edilmədikcə, hansısa transfer prosesindən söhbət gedə bilməz. Mahir bizim üçün dəyərli oyunçudu. Onu əlimizdən almağın bədəli var. İnanıram ki, Mahir bizimlə qalacaq və qollar vurmağa davam edəcək".
Təbii ki, hasisələrin qəribə yöndə irəlilədiyinin fərqindəyik. Bu üzdən məsələni diqqətdə saxlayacağıq. Amma acı gerçəklik odu ki, Mahir “Nürnberq”dən tramplin kimi yararlanmaq əvəzinə yenə də pul dalınca düşüb. İnsan bu yaşda karyeranı yox, pulu niyə bu qədər çox düşünür? Maraqlı və düşündürücü sualdı. Yəqin Mahir qocalanda necə böyük səhvə yol verdiyini anlayacaq.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 18 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















