“Onu geri çağıraq” təklifinə xalq artistinin cavabı
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mənə heç bir rəsmi müraciət edilməyib. Ona görə bu suala cavab vermək istəmirəm.
Bu sözləri Kult.az-a xalq artisti Cahangir Novruzov Milli Məclisdə onun ölkəyə qaytarılması ilə bağlı səsləndirilən təklifə münasibət bildirərkən deyib.
“Bu, bir rəsmi işdir, dövlət işidir, mənim buradan qalxıb ora getməyim var. 30 ildir buradayam. Heç bir şeydən xəbərim yoxdur. Bu danışılmalıdır, mənə söylənməlidir. Hər şey qərarlaşdıqdan sonra gəlib-gəlməməklə bağlı açıqlama verərəm”, - o bildirib.
Qeyd edək ki, bu gün MM-in iclasında millət vəkili Səyyad Aran Cahangir Novruzovun ölkəyə dəvət edilməsi təşəbbüsü ilə çıxış edib.
C.Novruzov hazırda Türkiyədə fəaliyyət göstərir.

Dünyanı ədalətə çağıraq!
19 Fevral 2025 16:01
“Bəlkə erməni dustaqlar üçün rəqqasə çağıraq, cənab Folker?!”
09 Mart 2025 19:27
Xalq artistinin qızı: Onu heç vaxt bağışlamayacam Müsahibə
07 Aprel 2025 10:02
Hər şeyi öz adıyla çağıraq : Cinsiyyətini dəyişdirən oğlu Maskın nasist salamını şərh etdi
27 Yanvar 2025 15:30
“Komedixana”nın ulduzu, Xalq artistinin oğlu: Əslində atası onu…
23 May 2025 13:17

