“Onu komandada saxlamalı idilər”
Qol.az saytına istinadən Icma.az xəbər verir.
“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerrard klubun Neko Uilyamsı 2022-ci ildə “Nottinqem Forest”ə satmasını yanlış qərar hesab edir.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, Cerrard 25 yaşlı müdafiəçinin hazırkı çıxışını yüksək qiymətləndirib və onun böyük klubda oynamaq üçün bütün xüsusiyyətlərə sahib olduğunu bildirib:
“Çox peşəkar, aqressiv, ambisiyalı və rəqabətcildir. Onun istedadını əvvəldən bilirdik. Bu keyfiyyətləri birləşdirəndə Premyer Liqada yüksək səviyyədə oynamaq və uzun müddət özünü təsdiqləmək mümkündür”.
Cerrard Uilyamsın hələ potensialının tam həddinə çatmadığını düşünür:
“Mənim üçün o, möhtəşəm cinah müdafiəçisidir. “Nottinqem Forest” azarkeşlərindən üzr istəyərək deyirəm: məncə, “Liverpul” onu mütləq saxlamalı idi”.
Qeyd edək ki, “Liverpul” akademiyasının yetirməsi olan Uilyams əsas komandada 33 rəsmi matç keçirib. O, 2022-ci ilin yayında təxminən 20 milyon avroya “Nottinqem Forest”ə transfer olunub. Hazırda onun müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Baxış sayı:54
Bu xəbər 29 Avqust 2026 22:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















