Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

“Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi

“Onu tanımayan özünü tanımır” Toyundakı kriminal söhbət ölümlə bitdi

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Saray qəsəbəsində toydan çıxarkən üç nəfər tərəfindən bıçaqlanan şəhid qardaşı qətl törədib. O, üç nəfərə müqavimət göstərərkən bıçağa əl atıb və onlardan birinin ürək nahiyyəsinə zərbə endirib. Mərhumun ailəsi onu bağışlayıb.

Milli.Az xəbər verir ki, hadisəni törədən 37 yaşlı Mürvət Əliyevdir. Ailəlidir və iki övladı var.

Mürvət Əliyev hadisə günü Saray qəsəbəsində restoranda dosu Elgünün oğlunun kiçik toy məclisində olub. Onunla dava edən üç nəfər də eyni məclisdə olub. İstintaqla müəyyən olunub, Mürvət Əliyev içkili olmayıb, amma digər üç nəfər içkili olub.

Onlar Rövşən, Araz və Seymur adlı şəxslərdir. Mürvəti söhbətə ilk dəvət edən Araz olub. Onlar bir-birlərini daha əvvəl tanısalar da yaxın münasibətləri olmayıb. Tərəflərin kriminal aləmə meyilli olması işdə diqqət çəkən məqamlardan biridir.

Cinayət işi materiallarından və şahidlərin ifadələrindən məlum olur ki, davanın baş verməsinə ciddi bir səbəb olmayıb. Saat 22 radələrində Mürvət foyedə olan zaman Araz ona yaxınlaşaraq söhbət etmək istədiyini deyib. Restoranın həyətində söhbət etməyə gediblər. Araz Mürvətə deyib ki, onun haqqında ""narmalni" oğlan" ifadəsini işlətməsinin səbəbini nədir? Mürvət də deyib ki, tanımadığı şəxslər ondan "Araz necə oğlandır?" deyə soruşanda o da belə cavab verib.

Mürvət burada pis bir ifadə işlətmədiyini, olanı dediyini bildirib. Buna görə də mübahisə böyüyüb. Onların yanına Arazın tanışları Seymur və Rövşən də gəlib. Mübahisə davay çevrilib. Ətrafda olanlar onları sakitləşdirməyə çalışıb.

Mübahisə zamanı tərflərin hər birinin bıçağı və kəsici alətləri olub. Tərəflər ilk zərəbəni kimin vurması məsələsində bir-birlərini ittiham edirlər. Amma istintaqın gəldiyi nəticə belədir ki, Mürvətə üç bıçaq zərbəsi vurublar. O, da affekt vəziyyətində bıçaq çıxararaq sağa-sola zərbələr endirib. Bu zaman bıçaq zərbələrindən biri Rövşən Əbilovun ürək nahiyyəsindən dəyib.

Mürvət Əliyev ifadəsində deyib ki, nə mərhumla, nə də digərləri ilə əvvəlcədən ədavəti olmayıb:

"Məclisdə Araz qoluma girib restorandan çıxardı. Onun sərxoş olduğunu bildim. Sonra Rəşad və Seymur da gəldi. Onlar da sərxoş idi. Rəşad Arazdan əsəbi şəkildə nə baş verdiyini soruşdu. Mən də dedim ki, sabah söhbət edərik. Rəşad məndən Abdullanı tanıyıb-tanımadığını soruşdu. Mən də adını eşitdiyimi dedim. Seymur sinəmdən əli ilə vuraraq "sən Abdullaya tay ola bilməzsən" dedi. Araz bıçaq çıxarıb sağ çiynimdən vurdu. Seymur da sinəmdən bıçaqla vurdu. Rəşad da bıçaqla
sağ dirsəyimdən vurdu. Araz məni vuranda qan üzümə fışqırdı. Kimsə ölümü, dirimi söydü. Mənim qardaşım şəhiddir. Bu söyüşdən sonra özümü itirdim. Bıçağı çıxarandan sonra olanları xatırlamıram. Dostum Ramilin məni silkələməsindən sonra özünə gəldim. Bıçaq əlimdən yerə düşdü. Ramil mənə "sən neynədin?" dedi".

Mürvət Əliyev əlavə edib ki, hadisə yerindən uzaqlaşanda dostu Ramil ona üç nəfəri bıçaqla vurduğunu deyib. Sonra da həmin şəxslərdən birinin öldüyünü öyrəniblər.

"Ramil mənə dedi ki, üç nəfər məni vurub. Mən də bıçaq çıxarıb onların üstünə getmişəm. onlardan birini vurmuşm"- deyə Mürvət ifadəsinə əlavə edib.

Məlumata görə mərhum Rövşən bir neçə dəfə məhkumluq həyatı yaşayıbmış. Sonuncu dəfə isə polisə müqavimətə görə həbs edilibmiş.

Hadisənin əsas səbəbkarı kimi bilinən Araz ifadə verərkən deyib ki, mübahisənin başlamasına səbəb mərhum Rəşadın içkili vəziyyətdə Mürvətə "sən məni tanıyırsan?" sualını verməsi, Mürvətin isə "tanımıram" deməsi olub:

"Mürvət Rəşada dedi ki, onunla söhbət eləmir. Buna görə də sakit durmasını, söhbətə qarışmamasını istədi. Birinci mənim bıçaqla Mürvəti vurmağım doğru deyil. Məndə bıçaq yox, tiyə formalı dəmir var idi. Birinci Mürvət məni vurub. Ara qarışdığı üçün mən də özümü müdafiə etmişəm. Məqsədim Mürvəti öldürmək olmayıb. Baş verənlərə görə çox peşmanam".

Məhkəmədə dindirilən Seymur da digərləri kimi oxşar ifadə verib. Əlavə olaraq qeyd edib ki, mərhum Rövşən Mürvətə "Abdullanı tanımayan, özünü tanımır" deyib. Mübahisə də bu zaman qızışıb.

Məlumata görə Abdulla kriminal aləmə yaxınlığı ilə tanınan və bu çevrədə nüfuza sahib olan bir şəxsdir. O, hazırda həbsdədir.

Məhkəmə araşdırması zamanı məlum olub ki, mərhumun ailəsi Mürvəti bağışlayıb və ondan şikayətçi olmayıblar.

İstintaq müddətində Mürvət həbs edilməyib və ev dustaqlığına buraxılıb. Onun barəsində Cinayət Məcəlləsinin 122.1-ci (affekt vəziyyətində adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ekspertiza Mürvət Əliyevin hadisə anında affekt şokunda olması ilə bağlı rəy verib.

Abşeron Rayon Məhkəməsi Mürvət Əliyevin 4 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və ayağına elektron təqib cihazı taxılması ilə bağlı hökm çıxarıb. Həmçinin təqsirləndirilən şəxsin üzərindəki ev dustaqlığı qətimkan tədbiri də götürülüb. (Musavat.com)

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Yanvar 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see495

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see332

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see288

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see242

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see213

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see190

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see171

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see142

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri