Icma.az
close
up
RU
Önümüzü kəsə bilmirlər, kin qusurlar

Önümüzü kəsə bilmirlər, kin qusurlar

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlığı Komitəsinin 25 fevral 2025-ci il tarixli bəyanatını qətiyyətlə pisləyirəm. Əminəm ki, Avropa Parlamentindəkilərin də, ABŞ-də hay diasporuna muzdla xidmət edən konqresmenlərin də, Rusiya Dumasının üzvü Konstantin Zatulin kimi ünsürlərin də son günlər ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatlar və etdikləri çağırışlar heç gizlətmək istəmədikləri kimi həm də hərbi cinayətdə və terrorda suçlandırılan bir qrup “miatsumçu”nun Bakıda məhkəmə qarşısına çıxarılmalarıyla bağldır. Məhkəmdə verdikləri ifadələrdə onlardan biri  Qarabağda edilən vəhşiliklərin, Azərbaycan torpaqlarının işğalının arxasında SSRİ DTK-sinin, digəri Ermənistanın durduğunu deyir”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, SSRİ DTK-sindən sonra haradan tapşırıq alındığı, qərbdəki bəlli çevrələrlə, əmmaməlilərlə məkrli əlaqələrlə də bağlı hələ çox mətləblər açıqlanacaq. “Gedən məhkəmə prosesini gözdən salmağa çalışanlar təbii ki, bunu istəmirlər”, - o qeyd edib.

Deputat əlavə edib ki, terror və hərbi cinayət törətməkdə ittiham olunanların məhkəmə qarşısına çıxarılmaları indiki halda məhz gücün hüququnun xidmətidir: “Amma beynəlxalq praktikada çox az rast gəlinən haldır ki, burada gücün hüququ hüququn gücünün təmini üçün istifadə edilib. O da həqiqətdir ki, dünyadakı bütün ədalətsizliklərin arxasında güc və güclü durur. Azərbaycansa məhz güc tətbiqi ilə ədaləti bərpa edib. 

Bizə yaxın və uzaqda yerləşən bəlli dövlətlərin sindirə bilmədikləri bax həm də budur. Amma sindirəcəklər. Yeni dünya düzəninin qurulmasının orta çəkili dövlətlərsiz mümkünsüzlüyü artıq reallıqdır. Azərbaycan isə indi “middle power" sayılır. Əgər sayılmasaydı, SOCAR ABŞ-nin Şevron şirkəti ilə birgə dost İsrailin Tamar yatağının işlənməsinə buraxılmazdı. 

Demək ki, bizə artıq kiçik postsovet ölkəsi kimi deyil də, Böyük Yaxın Şərqin bir parçası və önəmli oyunçusu olaraq baxılır. Pakistan baş nazirinin cənab Prezident haqqında dedikləri, bu qardaş ölkənin iqtisadiyyatına 2 milyard dollar yatırım qoymağı planlaşdırmamız, Suriyada, Afrikada Türkiyə ilə birgə çiyin-çiyinə çalışmağımız, Somalinin ardından Qvineya-Bisaunun dövlət başçısının da rəsmi səfərlə ölkəmizə təşrif gətirmələri hərbi və təhlükəsizlik sahəsində təcrübəmizi öyrənmək istəmələri, bizim müdafiə sənayesi məhsullarıyla maraqlanmaları yeni dünya reallığı və bu reallıq çərçivəsində düzgün siyasət qurmağı bacaran orta çəkili dövlətin təsirinin yerləşdiyi regionu da aşa bildiyinin göstəricisi deyil də bəs nədir?!

Bax, önümüzü kəsə bilmədiklərindən Avropa Parlamentindəkilər də, digərləri də bizə qarşı kin qusurlar, onların Azərbaycana niftətlərinin səbəbi qazandığımız zəfər, əldə etiyimiz uğurlardır”.

Mürtəza
Ölkə.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Fevral 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri