Onun atası artıq geri qaytarıla bilməz Şöbə rəisi
Icma.az, Axar.az saytına istinadən bildirir.
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımızı dərindən düşünməyə vadar edir. Şəmkir-Şiştəpə kənd yolunda baş vermiş qəza nəticəsində 34 yaşlı Vüsal Rüstəmli həyatını itirib, onun yanında olan 5 yaşlı oğlu Adəm isə xəsarət alıb. Bu hadisə sadəcə qəza deyil - bir ailənin taleyinə vurulmuş ağır zərbədir.
Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib.
"Yol hərəkəti qaydaları kağız üzərində formal tələblər deyil. Onlar insan həyatını qorumaq üçün müəyyən edilmiş normalardır. Sürət həddi, ötmə qaydaları, təhlükəsizlik kəməri və texniki sazlıq - bunların hər biri bir insanın yaşaması üçün vacib olan zəncirin halqalarıdır. O zəncirdən biri qırıldıqda nəticə çox vaxt faciə olur.
Xüsusilə uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır. Sükan arxasında olan şəxs təkcə öz həyatına deyil, avtomobildə əyləşən hər kəsin taleyinə cavabdehdir. 5 yaşlı bir uşağın yaşadığı qorxu, aldığı xəsarət və itirdiyi ata artıq geri qaytarıla bilməz.
Sürücülərin bir daha diqqətinə çatdırırıq ki, sükan arxasında tələsməyin, risk etməyin və qaydalara biganə yanaşmayın. Çünki yol səhvləri bağışlamır, yol ikinci şans vermir. Bir anlıq məsuliyyətsizlik illərlə davam edəcək peşmanlığa çevrilir", - deyə şöbə rəisi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 27 Yanvar 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















