Icma.az
close
up
RU
“Onun atmacalarına cavab verə bilmərəm” Qurban Qurbanov

“Onun atmacalarına cavab verə bilmərəm” Qurban Qurbanov

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn”a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə mətbuat konfransında deyib.

Qurbanov daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- FKSB-nin prezidenti Cici BEkali sizə söz ataraq, komandasını motivasiya edir, komandanızı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiz?

- Mənim xarakterimi bilirsiz. Bizim hələ cavab oyunumuz var, iki oyunun qalibi olmamışıq. Bütün diqqətimiz sabahkı oyunadır. Hansısa atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələ ki plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.

- Zədəlilərin durumu necədir?

- Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla olmayacaq. Bolt olmayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah “23-lüy”ə salarıq. Amma oynaması hələ ki böyük riskdir. Qarşıdakı oyuna da gedişata uyğun addım atacağıq. Zədə elə bir şeydir ki, son vaxtlarda dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.

- FSKB-nin “Şkendiya” ilə oyunu izləmək planınızda var?

- O oyuna heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.

- Tahir Gözel deyib ki, hücum xəttinə oyunçu transfer etmək istəyirsiz. Hücumçu transfer etmək istəyirsiz?

- Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə oyunçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu sanki danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təklifləri oldu, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. Həm idman formasından, işə yanaşmasından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Onlar neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Digər hücumçu axtarırıq, mövqeyi daha da möhkəmləndirək. Bir-birilərini tamamlasınlar. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə daha da sığortalamaq istəyirəm işimizi. Yaxın vaxtlarda alınsa mütləq transfer etmək istəyirik.

- Hələ ki “Qarabağ”ın əsas qapıçısı fikri hələ ki yoxdur. Çünki bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır...

- Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionata kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlayaq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdə işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışırqı ki, onu meydana buraxaq, haqqını alsın. Ya da, Şahruddin və ya Koxalski. Hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik. Nə qədər yaxşı olsaq da, daim onun daha yaxşısını axtarırıq. Sizlər də, azarkeşlər də gözləyir.

- Sami Mmae “Qarabağ”a keçəndə, “Dinamo” azarkeşlər sosial şəbəkələrdə “Qarabağ”a təşəkkür etmişdilər ki, “sağolun ki, onu transfer etsin”...

- Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu sistem ən yaxşısıdır. O qədər fərqli-fərqli sistemlər var ki, ayrılıqda özlərinin böyük uğurları var. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlirsə, dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə fikir bildirməyə həvəsimiz və vaxtımız yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri