Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Onun ən böyük arzusu mənim yasımda oturmaq idi Bəhruz Tağızadə

Onun ən böyük arzusu mənim yasımda oturmaq idi Bəhruz Tağızadə

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının altıncı hissəsini təqdim edir.

(Beşinci hissə burada)

Qəbul imtahanından bir gün əvvəl heç nə oxumadım. Bunu Cincilim də mənə bərk-bərk tapşırmışdı: “Beynin qarışacaq. İmtahana açıq beyinlə girməlisən. Psixoloqlar da belə deyir”. Bunker suallarının bir surətini çıxardıb Cincilimə vermişdim. O, məsələyə barmaqarası yanaşmış, yalnız 200 sualı işləmişdi. Günkaya təklif olunsa da, o mənə inanmamışdı. Mən isə, birdən doğrudan da bu suallar qəbulda olmaz deyə, çox da dirəşməmişdim. Özüm isə ələ keçirdiyim suallara bütün varlığımla inanırdım. Elə bu inamla da ilk qrafaya Bakı Dövlət Universitetinin hüquq fakültəsini əyani və ödənişsiz yazdım. Yoxsa oranı heç vaxt yazıb daha bir şansımı korlamazdım. İmtahana bir gün qalmış 350 sualın 349-nu öz adım və soyadım kimi əzbər bilirdim. Həmin bir sualı özüm qəsdən araşdırıb əzbərləmədim. Elə bilirdim, bu sualı öyrənsəm, əzbərlədiyim və oxuduğum digər suallar yadımdan çıxacaq. Həmin sualı axıracan araşdırmadım.

İmtahan günü sual kitabçaları paylananda yanımda əyləşən abituriyenti sevindiyimdən ona görə öpmədim ki, qız idi. Oğlan olsaydı, mütləq öpəcəkdim. Sual kitabçasındakı bütün suallar nüsxəsini çıxartdıqlarım idi. Aralarında okean duzluluğunun hesablanmasıyla bağlı sual da yer alırdı. Heç yarım saat çəkmədi, sualları işarələyib cavab kartına köçürməyə başladım. Burda daha ehtiyatlı olmalı idim. Bir sualı sürüşdürdümsə, hamısını sürüşdürə bilərdim. Çox talelər bu məqamda istiqamətini dəyişmişdi. Bilmədən səhv edən savadlı bir abituriyent intihar belə etmişdi. Belə yerlərdə Tanrının da insana rəhmi gəlmir. Diqqətlə köçürdükdən sonra bilmədiyim suala baxdım. İstədim, məntiqlə birini qaralayam. Qaralamadım. 150 sualın 149-na düzgün cavab verib, yanımdakı qızın cavablarına baxdım. Çox savadsız idi. Adi suallara da səhv cavab yazmışdı. Qələmin ucuyla ona kömək edib doğru olanları göstərdim. Amma hamısını yox. Hərdən qəsdən yanlışlıq da edirdim. Çünki o həm də mənim rəqibim idi. Onun iş nömrəsini maraq üçün sual kitabçama yazdım və sonradan yoxladım: 511 balla ADPU-ya qəbul olunmuşdu. Əsil Şıpının və Yusifin yeri idi. Qızla tanış olmaq fürsətini qaçırmazdılar. Ən qapalı qız belə həyatının ən böyük yaxşılığını gördüyü oğlanla mütləq tanış olardı. Mən olmadım. Cincilimim hamıdan gözəl idi. Hə. Cincilimə ilk qarğışımı da orda elədim. Suallara barmaqarası yanaşdığına görə: “Boynun qırılsın, Cincilim! Mənə qulaq asmadın, əcəb oldu sənə!” Sonra bunu özünə də dedim. Qıza kömək etdiyimi də bildirdim. Amma yenə də Cincilim yüksək nəticə göstərmişdi: 607 bal. Mən isə, təbii, 696 bal... Mən bu nəticə ilə rekord qıran ilk və tək abituriyent kimi tarixə düşdüm. 700 balı illər sonra toplaya bildilər.

Cincilim diplomat olmaq istədiyi üçün ilk olaraq Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini yazmışdı və ora da qəbul olunmuşdu.

İmtahan verdiyim məktəbin önündə övladlarını gözləyən valideynlərin yanından İstanbulu fəth etmiş fateh Sultan Mehmet kimi keçib gedirdim. Sevindiyimdən az qala hamını qucaqlamaq istəyirdim.

Bir neçə gündən sonra bütün Azərbaycan məndən danışırdı. “Xalxın uşağı” statusunda bir müddət hamıya nümunə göstərildim. Nənəm önünə gələnə məndən danışır, birinin üstünə beşini qoyurdu: “Nobata da kitabla gedirdi”. Avtobus sürücüləri məni televizorda görüb sevinmişdilər: “Bu bizimlə dövrə vura-vura dərs oxuyurdu, ona görə rekord qırıb”.

Məni televizorda göstərmişdilər deyə kəndimizdə əlçatmaz oğlan olmuşdum. Hamı mənimlə söhbət etmək istəyirdi. Televiziya, radio, bütün kənd məndən danışırdı. Hamı mənə məəttəl qalmışdı. Müəllimlərim şoka düşmüşdü. Azı onlar mənim bilik səviyyəmi bilirdilər. Elə bildim, coğrafiya müəllimim şübhələnəcək məndən, əksinə oldu: “Duzluluğu ölçməyi əlli dəfə başa salmışdım sənə. Heyif! Onu da yazsaydın, bütün sualları tapardın”.

Bu ərəfədə gülməli bir hadisə də baş verdi: Təhsil Nazirliyi kənddəki məktəbimizə təşəkkür məktubu göndərdi. Cənab nazir Mərdanov elə bilirdi bu biliyi kənd məktəbində qazanmışam. “Baxın, gözünüzə su verin, adi kənd məhtəflərindən (o, məktəbə məhtəf deyirdi) bu cür şagird yetişib”. Məni çağırtdırıb təbrik etmişdi. Onunla şəkil də çəkdirmişdim. Hamı deyirdi, Misir müəllim yaxşı insandır. Başqa bir mənbədən onun mobil telefonunun nömrəsini əldə etmişdim. Heç vaxt zəng etməsəm də, bilirdim.

Bu uğuruma ən çox yanıb-tökülən bibim, ən çox sevinən anam olmuşdu. Bibim oğluna xitabən demişdi: “Cır-cındırın doğduğu da adam oldu, sən tinlərdə veyillən!” Anam sevindiyindən ağlamışdı. Atam: “Girməyinə girdi, görən oxumağa hünəri çatacaqmı?” – demişdi. Halbuki ölkədə bütün qruplar üzrə ən yüksək nəticəni onun oğlu göstərmişdi.

Fırıldağımı Cincilimdən başqa heç kim bilmirdi və sonralar da heç kim bilmədi. Cincilimə demişdim, imtahandan sonra lap qonşuya keçib zəng etmək bahasına da olsa, məni axtarsın, nəticəni desin. Daha bolluca vaxtımız olacaqdı. Dərs oxumaq yox, bir şey yox... Elə bil həbsdən çıxmışdıq. İmtahan sevinci Cincilim sevincini üstələməsə də, öz işini görürdü. Lap belə hər gün “Qarmoşka” binanın həndəvərində sülənə bilərdim. Mən oralarda Cincilim adlı qıza görə küçə iti kimi dolaşırdım.

İnsanları, hətta doğmaları bu sevincli günlərimdə daha dərindən tanıdım. Sevincimə yalandan sevinənləri, daldada lağa qoyanları, uğurumla barışmayanları tanıdım. Çinarın anası sevincindən kövrəldiyi halda, bibimin içində nüvə reaktoru partlamışdı.

Kəndə çatanda qonum-qonşu hüquq fakültəsi tələbəsinin ziyafətinə yığışmışdı. Rusiya arağı süfrədə almaz kimi bərq vururdu. Varlılar cibimə pul qoyur, kasıblar qoltuğunda toyuq gətirirdi. İsmayıl kişinin – babamın adının yanında həmişə kişi sözü işlənirdi – nəvəsi hüquqa girmişdi. Kəndimizin tarixində bu bir ilk idi. Yaxşı adamlar mənə İsmayıl kişinin nəvəsi, pis adamlar Murtuzanın oğlu deyirdilər. Yaxşı adamlar mənim Murtuzanın oğlu olmağımla barışmırdılar. “Murtuza özü bir zibil deyil, oğlu mərifətli oğlandır”. Vaxtilə də belə deyərmişlər: “İsmayıl yaxşı kişidir, oğlu avaranın biridir. Heyif o kişidən!” Bibim də kasıb olduğundan mənə cib dəsmalı almışdı.

Hiss edirdim ki, içindəki atomu atmaq üçün girəvə gəzir. O bizim bütün xeyir-şərimizə mütləq qanqaraçılıq qatırdı. Ən çox da anamı ağladırdı. Bu dünyada anamı ən çox ağladan bibim və atam olmuşdu.

Anam uşaq kimi sevinirdi; oğlu prezident təqaüdü alacaqdı. Təhsil naziri özü şəxsən ayağa durub onun oğlu ilə görüşmüşdü.

Bibimə zəhərini tökməyə imkan vermirdim. Məsələn, adi salamdan belə söz çıxarıb: “bBu nə cür görüşməkdir?!” – deyə həngamə qopara bilirdi. Onun beyni bu istiqamətdə inkişaf etmişdi. Ümidi ona idi ki, mən universitetdən kəsiləm, o, nənəmin pensiya kartını almaq üçün bizimlə dalaşa və anasını aparıb öz evində saxlaya. Kənd yerlərində oğul dura-dura qız evində yaşamaq rüsvayçılıq sayılırdı. Biri təsadüfən qızının evində ölərdisə, adına söz qoşurdular: “Yeznəsinin evində öldü!” Bu adamlar dərk etmirdilər ki, hamı öz qızının evində ölə bilər.

Kart məndə olduğu üçün bibim nənəmi ürəklə çağıra bilmirdi. Ona görə qəbul qonaqlığımda zəhərini tökməyə fürsət gəzirdi. Məqsədi ya məni, ya anamı incitmək idi.

Hamı yeyib-içib, dağılışıb getmişdi, bircə bibim hikkəsini soyutmadığı, zəhərini tökmədiyi üçün, gedə bilmirdi. Adi bir hərəkətdən məni təhqir etməyə çalışırdı. Mən də bunu hiss etdiyim üçün özümə yaraşmayan axmaqlıq edərək bibimlə həyatımın sonuncu zarafatını elədim:

– Bibi, o soğansarmısağı az ye, Ələsgər əmim evdən qaçacaq.

Oğlu və qızı da yanında idi.

– Nə dedin, ə tüləngi? Ələsgər əminin zirzibili sənin ağzına. Uşağınam, ə sənin?! Cındır. Get briqadirlərə dalını göstərən xalalarına denən o sözü. Sən öl, səni dik cıraram! Vayına oturum sənin!

İndi onun ən böyük arzusu mənim yas mərasimimdə oturmaq idi. Mən isə heç vaxt ona pislik etməmişdim.

Ona cavab qaytarmadım. Anama da nəsə demək üçün vurnuxdu, amma nə düşündüsə, demədi. Desəydi, anam məni danlayacaqdı: “Bunlar qan ocağıdır, dilini farağat qoy!”

Bəli, bibim istədiyinə nail oldu. Məni dilxor edə bildi. Növbəti dəfə gələndə yenə belə qanqaraçılıq salsa, onu evdən qovacaqdım. Çünki o hər gəlib-gedəndə bizim evdə qiyamət qopurdu. Anam mütləq ağlayırdı. Mən böyümüşdüm artıq. Onu məmnuniyyətlə qovardım, sadəcə nənəmdən keçmirdim. O həyasız, nənəmin qızı, atamın bacısı, mənim doğma bibim idi. Qızı anasına: “O sənə nə dedi? Sadəcə zarafat eldi”, – demək əvəzinə, “Mama, iynəsini necə vurdunsa, cınqırı da çıxmadı”, – demişdi. Oğlu isə gülüb ləzzət almışdı.

Kəndimizdən həmin il ali məktəbə 56 abituriyentdən 5-i qəbul olmuşdu: 2 oğlan, 3 qız... Ən yüksək nəticə ilə mən, ən aşağı nəticə ilə Könka – Bağırova Könül Şaiq qızı tələbə adını qazanmışdı. Könka 271 balla ləlöyün bir universitetin riyaziyyat fakültəsinə qəbul olunmuşdu. Həmin ləlöyün universitet də Bakıda yerləşirdi.

Nobel kürsüsündəki "satqın" - Olqa Tokarçuk Polşanı niyə iki cəbhəyə böldü? “Tomris” filminin aktyoru vəfat etdi Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://kulis.az
archiveBu xəbər 31 Yanvar 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see531

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see256

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see251

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see251

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see234

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see233

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see228

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see228

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see226

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see211

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see208

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see203

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see183

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see177

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see177

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see176

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see157

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri