Icma.az
close
up
RU
“Onun ölümündə mənim təqsirim yoxdur” Dr. Sənan Mehdiyev bəraət istəyir

“Onun ölümündə mənim təqsirim yoxdur” Dr. Sənan Mehdiyev bəraət istəyir

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən il xəstəsi Nəzrin Mansurlunun ölümündə təqsirli bilinərək həbs olunmuş, Amnistiya aktı ilə azadlığa çıxmış həkim Sənan Mehdiyev müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir.

- Bir həkim olaraq, tibbi ağırlaşmaya görə həbs cəzası gözləyirdinizmi?

-Öncə Nəzrin Mansurluya Allahdan rəhmət diləyirəm. Heç bir həkim pasiyentinə zərər dəyməsini arzu etməz. Həkim üçün xəstəsini itirmək, yaxınını itirmək qədər üzücüdür!

Sualınıza gəlincə isə, Nəzrin xanımın ölümü qəsdən deyil, tibbi ağırlaşma səbəbindən baş verib. Dünyanın heç bir yerində ehtiyatsızlıqla baş verən həkim işlərində həbs cəzası olmur.

- Əməliyyatdan sonra nə baş verdi?

-Əməliyyat uğurla başa çatdı və biz pasiyenti 1 gün sonra sağ-salamat evə yazdıq.  Paylaşdığım video görüntülərdə də bu öz təsdiqini tapır. İki gün sonra Nəzrin xanımın yaxınları zəng edib bildirdilər ki, onda baş ağrısı, halsızlıq və ürəkbulanma var. Rinoplastika əməliyyatından sonra xəstələrdə belə şikayətlər tez-tez olur. Mən də öz məsləhətlərimi verdim. Lakin mənə demədən Nəzrin xanıma ev şəraitində müxtəlif sistemlər köçürülüb. Sonra isə yenə də mənim xəbərim olmadan başqa bir xəstəxanaya aparıblar. Aparılan bütün bu tibbi müdaxilələrdən sonra halı daha da pisləşib.

- Nəzrin xanımın digər xəstəxanaya ağır koma vəziyyətində aparıldığı deyilir.

-Bu da yalan məlumatdır. Nəzrin xanım huşsuz, koma vəziyyətində olmayıb. Xəstəxanaya daxil olduğu videolarda bu öz əksini tapıb. Həmin videolar istintaqda təqdim olunub.

-Mətbuatda xəstə ilə maraqlanmadığınız, zənglərinə cavab vermədiyiniz yazıldı.

-Bu, doğru məlumat deyil. Xəstə yaxınları ilə dəfələrlə telefon danışığımız olub və bunu isbat edən istintaq materialları – mobil operatordan çıxarışlar da var. Ümumiyyətlə məni məsuliyyətsiz həkim kimi göstərmək üçün müxtəlif yalan məlumatlar dərc olundu. Hətta elə təsəvvür yaratmışdılar ki, guya mən saxta həkiməm. Halbuki, Azərbaycan Tibb Universitetini bitirmiş, dünyanın bir sıra ölkəsində ixtisaslaşmış, yüksək balla dəfələrlə dövlət sertifikasiya imtahanından keçmiş cərraham. 25 illik peşəkar həkim fəaliyyətim və 20 mindən çox icra etdiyim müxtəlif əməliyyatlar var. 10 ildən çox Respublika Klinik Xəstəxanasının LOR şöbəsinin həkimi olmuşam.

- Özünüzü Nəzrin Mansurlunun ölümündə təqsirli bilmirsiniz?

-Xeyr! İstintaqda göstərilib ki, Nəzrin xanımın əməliyyat zamanı guya kəllə sümüyünü sındıraraq beynin zədələnməsinə və infeksiyalaşmasına səbəb olmuşam. Halbuki, xəstənin kompüter tomoqrafiyasında (KT) heç bir sınıq izlənilməyib. Hətta KT nəticəsini 4 fərqli həkim təhlil edərək eyni rəyi bildirdilər. Həkim işində son sözü tibbi ekspertlər deyir. Tibbi ekspertlər şahid qismində məhkəməyə dəvət olundu və məhkəmə zalında da birmənalı dedilər ki, kəllə sümüyündə heç bir sınıq yoxdur, baş vermiş hal tibbi ağırlaşmadır ki, heç bir həkim bundan sığortalanmayıb. Təəssüf ki, tibbi ekspertlərin rəyi nəzərə alınmadı.

- Amnistiya aktına əsasən azadlığa buraxıldınız.

-Bəli, buna görə cənab İlham Əliyevə təşəkkür edirəm və onun bu humanist addımını yüksək qiymətləndirirəm!

- Yaxın günlərdə ölkə başçısına müraciət etdiniz.

-Məcbur qalaraq, cənab İlham Əliyevə həm öz məsələm, həm də həkim həmkarlarımla bağlı video müraciət etməli oldum. Çünki həkimlərə qarşı haqsız olaraq qərəzli bir kampaniya aparılır. Bu, yolverilməzdir. Hər tibbi ağırlaşmaya görə həkim həbs olunsa, ölkədə həkim qalmayacaq. Bu gedişlə həkimlər ağır xəstələrdən imtina edəcək. Dünyanın heç bir yerində həkim tibbi ağırlaşmaya görə həbs edilmir.

-Müraciətin sizə bağlı hissəsində əməliyyat alətini də nümayiş etdirdiniz.

-Bəli, göstərdim ki, o alətlə beyin sümüyünü sındırmaq mümkün deyil. Çünki alətin qoruyucu başlığı var. Dünyada o alətlə milyonlarla rinoplastika əməliyyatı icra edilib. Tarixdə bir dəfə də ölüm halı olmayıb.

- Artıq azadlıqdasınız. Bu sizə yetərli deyilmi?

-Doğrudur, cəzadan tam azad olmuşam. Amma mən bəraət istəyirəm! Günahsız olduğumun rəsmi təsdiqini dövlətimdən gözləyirəm. Buna haqqım çatır. Axı o ölümdə mənim təqsirim yoxdur. Bununla bağlı Ali Məhkəməyə müraciət etmişəm. Ümid edirəm ki, ədalətli bir qərar veriləcək. Sonda isə cənab İlham Əliyevdən bu işi öz nəzarətinə götürməsini xahiş edirəm.

Könül Cəfərli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:347
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2026 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri