Icma.az
close
up
RU
“Onun yoxluğu ilə barışa bilmirəm” Tanınmış aparıcı Jalə Əskərova

“Onun yoxluğu ilə barışa bilmirəm” Tanınmış aparıcı Jalə Əskərova

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onu hər kəs tanıyır. Hər gün efirlərimizi bəzəyir. Hər gün  canlı efirdə olmaq onu yormur.

Vətəninfo.az saytının budəfəki müsahibi daima üzündə gülüş olan, tanınmış  teleaparıcı, jurnalist, bir sıra layihələrin müəllifi Jalə Əskərovadır.

Onu müsahibə verməyə razı salmaq o qədər asan deyil. Daima efirlərdə olsa da, Jalə xanım  saytlara, televiziyalara müsahibədən qaçan tanınmışlardandır.

Jalə xanım, illərdir ki, televiziya sahəsində çalışırsınız. İlk gəldiyinizdə nə gördünüz? Bu illərdə özünüzdə və çalışdığınız yerlərdə nələri dəyişmək istərdiniz və ya dəyişə bildiniz?

– ATV-də çalışdığım ilk illərdə böyük rəqabət gördüm. Amma sağlam rəqabət idi. Güclü jurnalist ordusu sıralarında qalmaq üçün təkcə çalışmaq az idi, həm də vuruşmalı idin. Çalışdım-vuruşdum. Əvvəlcə özümü dəyişdim. Bu işdə bir-birimizə dəstək olan çox mehriban ATV komandası var idi. Amma istər-istəməz televiziya fəaliyyəti dünyagörüşü çox dəyişir. Ölkənin və dünyanın informasiya mərkəzindəsən. Az qala günün 24 saatı informasiya alırsan, analiz edib tamaşaçıya ötürürsən. Hər oxuduğun xəbər də sənə təsir edir. Yorulmadan işləməkdən zövq almaq çox az peşə sahiblərində olur. Əksər vaxtlar insanlar yalnız maliyyə müqabilində işinə həvəslə yanaşırlar. Amma bizim fərqimiz isə odur ki, sevdiyimiz işdən pul qazanmışıq. “Nəyi dəyişə bildim?” sualına cavabım isə mücərrəddir. Çünki bir insan ki, özünü az da olsa dəyişə bilibsə, deməli, mütləq şəkildə nəyisə də dəyişib….

 Kifayət qədər tanınan aparıcılardan biri olsanız da, müsahibələrdən qaçırsınız…Jalə xanım niyə müsahibə verməkdən çəkinirsiniz?.
– Çətin sual oldu. Çünki özümü tanıtmaqdan hər zaman qaçmışam, gördüyüm işin şəxsi təqdimatında maraqlı olmamışam. Amma jurnalistlər sualdan qaçan müsahibləri sevmirlər. Ona görə də qeyd edim ki, Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” fakültəsini bitirmişəm. İlk əmək fəaliyyətimə “Azad Azərbaycan” (ATV) televiziyasının “Xəbərlər” proqramında müxbir kimi başladım və aparıcı, redaktor, analitik və araşdırmaçı jurnalist kimi davam etmişəm. Daha sonra Azərbaycan Televiziyasının (AZTV) “Xəbərlər” studiyasında şef-redaktor, hazırda isə “İctimai-siyasi proqramlar” studiyasında redaktor, analitik verilişlərin aparıcısı kimi fəaliyyətim davam edir. İctimai həyatda dövlət televiziyasının aparıcı-jurnalisti kimi təqdimatın arxasında, əlbəttə ki, böyük məsuliyyət, yaradıcı fəaliyyət və keçdiyim bir yol dayanır. 20 il fasiləsiz televiziyanın müxtəlif sahələrində çalışmaq, çətinliklərinə rəğmən sözünü demiş aparıcı-jurnalistlərin sırasında olmaq, görkəmli həmkarlarla çiyin-çiyinə çalışmaq şərəfli və qürurludur. Çünki dediyin hər bir kəlmənin ictimai rəyə təsir göstərə biləcəyindən, müzakirə obyektinə çevriləcəyindən ehtiyatlanmalısan. Adi həyatda isə əslində sadəliyi və səmimiliyi çox sevirəm. Amma çox zaman səmimiyyətdən sui-istifadə ilə qarşılaşmağın əziyyətini də yaşayıram. Bəzən gördüyüm işləri reklam etməyi xoşlamıram. Ümumiyyətlə bu günə qədər müsahibələrdən də qaçıram. Bəlkə də bu mənim qüsurumdur. Amma nəzərə alın ki, mənim işlərim çoxluğu da soail platformalarda aktiv olmağımın qarşısını alır. Hər gün davamlı olaraq efirdə olmaq, yazıları yazmaq , onu redaktə etmək zaman alır. Məhz bu səbəbdən müsahibələrdən qaçağam.

–  Özünüzdə qeyd etdiniz ki, 20 ildən artıqdır ki, bu sahədə çalışırsınız. Efir adamı hər zaman diqqət mərkəzində olur. Həm də efir adamı daima mütaliə etməlidir. Jalə xanım bu gün hansı yazıçıların əsərlərini  oxuyur?
– Söz və yazı mənə görə həyat fəlsəfəsidir. İnsanın ruhunu alovlandıran, əhvalını dəyişən, hətta bəzi hallarda talelərə təsir dairəsidir. Şeir dinləməkdən zövq alıram, şeir səsləndirmək isə hobbimdir. Məktəb illərimdə Xalq şairi Nəbi Xəzrinin “Dəniz, Göy, Məhəbbət” şerini səsləndirməklə Respublika birinciləri sırasında olmuşam. Xoşbəxtəm ki, elə Nəbi Xəzri tərəfindən mükafatlandırılmışam… Mənə görə, klassika hər zaman dəbdədir. Bədii ədəbiyyata sevgim isə rəhmətlik babamın zəngin kitabxanasındakı “Xəmsə”dən başlayıb. Sonuncu oxuduğum kitab “Ovod”dur. Təkrar mütaliə etdim. Hazırda görkəmli yazıçı Mir Cəlal Paşayevin “İnsanlıq fəlsəfəsi”ni oxuyuram. Onu da etiraf edim ki, bir qədər xəbər və siyasi analiz yaradıcı ruhumun istiqamətini dəyişib. Hazırda stolüstü kitablarım geosiyasi çağırışları əks etdirən Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası”, Henri Kissincerin “Dünya nizamı”dır. Xalq şairi Nəriman Həsənzadə ilə tez-tez görüşlərimiz olur. Gənc yazarlardan isə Ramil Əhməd dostumuzdur, dəst-xəttini bəyənirəm, fikir mübadiləsi aparırıq.

– ⁠Jalə xanım hər gün efirdə olursunuz. Sizi hər gün efirlərdə milyonlarla tamaşaçı izləyir. Həm yaşlı, həm orta nəslin nümayəndələri, həm də gənclərin sevimli aparıcılarından birisiniz. Bu gün illərin peşəkar aparıcısı olan Jalə xanım gənclərə hansı tövsiyyələr verə bilər?

– Mənim efirdə qonaqlarım içərisində mütamadi olaraq gənclər də olur. Bu gün bizim olduqca savadlı, intellektual gənclərimiz var. Bəzən mən də gənclərimizdən nəsə öyrənməyə çalışıram. Hesab edirəm ki, gənclərimiz hər zaman mütaliə etməlidir. Mən gənclərimizə töövsiyyə edərdim ki, beşinci sənaye dövrünün texnoloji trendlərinin yaratdığı və yarada biləcəyi müsbət və mənfi tendensiyalardan bəhs edən yəhudi yazar Yuval Noah Hararinin “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərini oxusunlar… Bu kitab 2050-ci ilədək dünyanın necə dəyişəcəyini izah edir və gənc nəsillərə çağırışlara hazır olmağı öyrədir. Gənclərə ən böyük tövsiyəm yeniliklərə nə qədər açıq olsalar da, bir o qədər də dəyərlərimizə mühafizəkar olmalıdırlar. Beyinləri zəhərlənməməlidir. Gənclərimiz Uzaq Qərbdən, okeanın o tayından qlobalizasiya adı altında bizlərə sırımağa çalışılan siyasi texnologiyaların qurbanına da çevrilməməlidirlər. Əxlaqi və mənəvi dəyərlərin qorunub saxlanması üçün ailədən, məktəbdən gələn tərbiyə gənclərin gələcəyi üçün yol xəritəsi olmalıdır. Gənclər bilməlidirlər ki, bütün növ təhdidləri yalnız və yalnız güclü təhsillə, savadlılıqla dəf etmək olar. Elmi biliklərlə yanaşı, sosial fəlsəfənin vacib mövzuları ilə də maraqlansınlar. Nə qədər çox oxusalar, bir o qədər də mənəvi qidalanarlar.

– Jalə xanım maraqlıdır, sizin çoxsaylı qonaqlarınız olur. Uzun illərdir ki, aparıcısınız. Bu gün siyasi simalardan kimlərlə dostluq edirsiniz?
-Təbii ki, 20 ilə yaxın müddətdə çox sayda siyasi simalarla görüşlərim, müsahibələrim olub. Televiziya mənə yaxşı dostlar qazandırıb. Politoloq, deputat, diplomat dostlarım var. Adlarını qeyd etməyim düzgün olmaz. Yoxluğu ilə barışa bilmədiyimiz, unudulmaz dostumuz Qənirə Paşayeva mənim üçün hələ də yaşayır…

– ⁠Televiziya təqdimatçısı olmaq “Jalə” obrazına nə dərəcədə təsir edə bilib?
– Düşünürəm ki, əvvəlcə xarakterimizə uyğun peşəni seçirik. Daha sonra peşə və mühit də xarakterimizi formalaşdırır. Hər gün gördüyümüz iş, qarşılaşdığımız insanlar, qaynayan kollektivlə işləmək, daima cəmiyyətlə təmasda olmaq identikliyə də təsirsiz ötüşmür. Peşə sindromu da deyirlər buna. Hazırda dövlət televiziyasının siyasi verilişlərinin aparıcısı olmaq ciddi obraz tələb edir. Dediyin hər bir sözə inam yaratmalı, verdiyin hər bir sualın məsuliyyətini daşımalısan. Çünki qarşındakı müsahibin nə qədər güclü olsa belə, canlı efirin idarəçisi özünsən. Araşdırmaçı jurnalist fəaliyyətim də davranışlarıma çox təsir edib. Jurnalist ədalətli olmalı və həqiqəti üzə çıxarmalıdır. Yəni sadaladıqlarım obraz deməzdim, artıq həyat tərzimə çevrilib….
– Jalə xanım müsahibə üçün təşəkkür edirik. İşlərinizdən ugurlar arzulayırıq.

– Çox sağ olun. Mən də sizə təşəkkür edirəm.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 21 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri