Icma.az
close
up
RU
Onun zəngi transferi son anda pozub Qarabağ narazı qalıb...

Onun zəngi transferi son anda pozub Qarabağ narazı qalıb...

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın hücumçusu Juninyo son anda İspaniyanın "Sevilya" klubuna keçməkdən imtina edib. O, karyerasını ölkəsinin "Flamenqo" klubunda davam etdirmək istəyir.

QOL.az xəbər verir ki, hazırda Rio-De-Janeyronun "Flamenqo" və "Qarabağ" klubları arasında danışıqlar gedir. 

Braziliyanın "Globo" nəşrinin yaydığı məlumata görə, danışıqlarda məqsəd Ağdam klubunun hücumçusu Juninyonun tranfsferinə nail olmaqdır.

Məlumatda bildirilir ki, ötən həftənin istirahət günlərindən birində "Flamenqo"nun baş Felipe Luis Juninyoya zəng edib. Telefon danışığı zamanı Felipe Luis Juninyonu komandasına keçməyə inandıra bilib. Məhz bundan sonra 28 yaşlı hücumçu "Sevilya"ya keçməkdən imtina edib. 

Bildirilib ki, futbolçuya bu zəngin təsiri böyük olub. "Telefon zəngi zamanı Felipe Luis deyib ki, Juninyo klubun yeni prezidenti Balın dövründə komandasının əsas oyunçusu olacaq" - deyə nəşr yazıb. 

Məlumata görə, "Flamenqo" artıq bu həftənin 5-ci günü Juninyo ilə müqavilə bağlamaq və futbolçunu ABŞ-da keçiriləcək təlim-məşq toplanışına cəlb etmək istəyir. Müqavilənin müddətinin 3 il olması nəzərdə tutulur. 

Amma müqavilənin bağlanması elə də asan olmayacaq.

Yazıda o da bildirilib ki, "Qarabağ" Juninyonun "Sevilya"ya son anda keçməkdən imtina etməsindən narazı qalıb. Bildirilib ki, Azərbaycan klubu bir neçə həftə davam edən danışıqlarda "Sevilya" ilə bütün məsələləri razılaşdırıbmış.

Bildirilir ki, hazırda Juninyonun transferində əsas maneə "Qarabağ"ın qoyduğu şərtlərdir. 

Daha əvvəl İspaniyanın nüfuzlu “Marca” qəzeti yazıb ki, Juninyonun “Sevilya”ya transferi son anda baş tutmayıb. Nəşr bildirib ki, Braziliya klubu "Qarabağ"ın futbolçusuna ispanların təklif etdiyindən 3 dəfə artıq maaş verir. Bu səbəbdən 28 yaşlı hücumçu fikrini dəyişməli olub.

Başqa bir xəbərə görə, "Flamenqo" bu transferin baş tutacağı halda "Qarabağ"a 5 milyon avro təzminat ödəyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:79
embedMənbə:https://qol.az
archiveBu xəbər 08 Yanvar 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri