Onunla şouya çıxmaq istəməyən Kirkorovu belə ifşa etdi
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Nastya İvleevanın təşkil etdiyi çılpaq partidən sonra onunla Rusiyanın Xalq artisti Filipp Kirkorovla aralarındakı dostluq münasibəti nəinki bitib, hətta düşmənçilik səviyyəsinə çatıb.
Axşam.az xəbər verir ki, Kirkorov TNT-nin direktoru Tina Kandelakidən İvleevanı kanalın "Небриллиантовая рука" adlı yeni il layihəsinin heyətinə daxil etməməyi xahiş edib. O, bildirib ki, aparıcı ilə eyni kadrda olmaq istəmir.
Bundan xəbər tutan İvleeva isə sənətçini ifşa edib. O, Kirkorovun keçmiş musiqi mükafatlarından birində çəkilən şəklini yayımlayıb. Burada müğənni yarıçılpaq kişilərin əhatəsində poz verib:
"Doğrudur, Filip həmişə kiminlə eyni kadrda olacağını diqqətlə seçir".
Qeyd edək ki, İvleeva ötən ilin sonunda çılpaq parti keçirib. Partidə Kirkorovla yanaşı Kseniya Sobçak, Lolita Milyavskaya, Jiqan, Oksana Samoylova, Anna Asti, Dima Bilan, Qlükoza kimi məşhurlar iştirak ediblər. Gecədən şəkillər internetdə yayıldıqdan sonra İvleeva və tədbirin digər iştirakçıları tənqid olunublar.
Kirkorov bir çox kanal və şoularda qadağalarla üzləşdikdən sonra üzr istəyib. Buna baxmayaraq o, həmin vaxt Yeni il şoularından da uzaqlaşdırmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 21 Dekabr 2024 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















