“Onunla tanış olmaq üçün 4 5 saat gözlədim”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“Beşiktaş”ın keçmiş futbolçusu Caner Erkin həyat yoldaşı, aktrisa Şükran Ovalı ilə ilk dəfə qarşılaşdığı anlardan danışıb.
“Qafqazinfo” xəbər verir ki, aktyor Enis Arıkanın verilişində çıxış edən C.Erkin Şükranı ilk dəfə dermatoloqun kabinetində gördüyünü və onunla tanış olmaq üçün uzun müddət gözlədiyini açıqlayıb.
“Həkimə dedim ki, bizi tanış etməlisən. Onunla tanış olmaq üçün 4-5 saat gözlədim, amma o, mənə üz vermirdi”.
O əlavə edib ki, həmin gün İstanbulda böyük daşqın olmuşdu.
“Taksilər və maşınlar gəlmirdi. Böyük bir VIP maşınım vardı, oradakı qadınlara dedim ki, hamınızı evə aparacağam, amma Şükran gəlmədi”.
O, tanışlıq anını da yada salıb:
“Əlimi uzatdım, amma Şükran onu uzatmadı. Əlim havada asılı qaldı və o, sadəcə “Ən böyük “Beşiktaş” dedi”.
Caner Erkinin bu səmimi etirafı böyük maraq doğurub.
Baxış sayı:144
Bu xəbər 15 Fevral 2026 00:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















