OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel səviyyəsində olub.
Energetika Nazirliyindən XQ-yə verilən məlumata görə, cari ilin sentyabr ayının göstəricisi (459 min barel) ilə müqayisədə oktyabrda Azərbaycanda ortalama gündəlik neft hasilatı 2 min barel artıb.
Məlumata əsasən, bu ilin birinci, ikinci və üçüncü rübündə qeyd olunan göstərici müvafiq olaraq 465 min barel, 461 min barel və 458 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 90 min barel geri qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 13 Noyabr 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















