OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu ilin may ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 458 min barel səviyyəsində olub.
"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, aprel ayında qeyd olunan göstərici 460 min barel səviyyəsində olub. Belə ki, may ayında Azərbaycanda ortalama gündəlik neft hasilatı aylıq müqayisədə 2 min barel azalıb.
Məlumata əsasən, ilin birinci rübündə qeyd olunan göstərici 454 min barel təşkil edib.
Bildirilir ki, 2025-ci ildə Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel olub, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 20 min barel azdır.
Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















