Icma.az
close
up
RU
OPEC+ dekabrda neft hasilatının gündə 137.000 barel artırılmasını müzakirə edəcək

OPEC+ dekabrda neft hasilatının gündə 137.000 barel artırılmasını müzakirə edəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Səkkiz "OPEC+" ölkəsinin nazirləri noyabrın 2-də dekabrdan neft hasilatının gündə 137 min barel artırılmasını müzakirə edəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Lakin, nəşr vurğulayır ki, alyansın planları hələ tam formalaşmayıb. Qlobal neft qiymətləri təklif bolluğu, Çində tələbatın azalması və ABŞ-nin Rusiyaya qarşı sanksiyaları əlamətləri fonunda dəyişkən olaraq qalır. Analoji qərar ABŞ-Çin ticarət danışıqlarının nəticəsindən də asılı ola bilər.

Rusiyaya qarşı son sanksiyalar səbəbindən ötən həftə yüksələn London neft fyuçersləri barel üçün 66 dollar ətrafında satılır.

"Bloomberg" tərəfindən sorğu edilən on neft treyderi, neft emalı şirkəti və analitikdən doqquzu hasilatın gündə 137 min barel artacağını gözlədiklərini, biri isə daha əhəmiyyətli bir artım proqnozlaşdırdığını bildirib.

"OPEC+" ölkələrindən səkkizi oktyabr ayından etibarən əvvəllər azaldılmış neft hasilatını bazara gündə 1,67 milyon barel həcmində qaytarır. İndiyə qədər hasilatı gündə 137 min barel artırmaq barədə qərarlar qəbul edilib, baxmayaraq ki, mənbələr oktyabr ayından etibarən gündə 411.000-548.000 barel artımın mümkün olduğunu bildiriblər.

Agentlik qeyd edir ki, neft hasilatını artırmaq qərarı Səudiyyə Ərəbistanının son illərdə Amerika şist nefti istehsalçıları kimi rəqiblərinə itirdiyi bazar payını geri qaytarmaq istəyindən irəli gəlib.

Bu qərar, həmçinin siyasi mülahizələrdən də irəli gələ bilər, çünki Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman 18 noyabrda Ağ Evə səfər etməyə hazırlaşır. Prezident Donald Tramp dəfələrlə neft qiymətlərinin aşağı salınmasına çağırıb, Səudiyyə Ərəbistanı isə ABŞ ilə əlaqələrini gücləndirmək istəyini nümayiş etdirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 27 Oktyabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri