OPEC iyulda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub, bu da iyun ayının göstəricisi ilə müqayisədə 1 min barel azdır.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Bildirilib ki, bu ilin ikinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 462 min barel səviyyəsində olub, bu da ilin birinci rübününün göstəricisi (467 min barel) ilə müqaisədə 5 min barel azdır.
Həmçinin qeyd olunub ki, ötən il Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel səviyyəsində olub, bu da 2023-cü ilin göstərici (504 min barel) ilə müqayisədə 22 min barel azdır.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin əldə etdiyi razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan bu ilin iyul ayında "OPEC+" çərçivəsində kvotadan 89 min barel geridə qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 12 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















