OPEC noyabrda Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 483 min barel səviyyəsində olub, bu da oktyabr ayının göstərici ilə müqayisədə 3 min barel azdır.
Bu barədə “APA-Economics” Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, qeyd olunan göstərici cari ilin avqust ayında 482 min barel, sentyabr ayında – 488 min barel, oktyabr ayında isə 486 min barel təşkil edib.
Sənəddə bildirilir ki, bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel, ikinci rübündə 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 38-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2026-cı ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan noyabr ayında "OPEC+" çərçivəsində kvotasından 68 min barel geridə qalıb.
Baxış sayı:140
Bu xəbər 11 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















