Icma.az
close
up
RU
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb Xəbər saytı Son xəbərlər və Hadisələr

Oktyabrda Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 482 min barel təşkil edib.

Bu barədə OPEC-in aylıq hesabatında göstərilib.

Məlumata görə, oktyabrda Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 7 min barel və ya 1,4 % azalıb.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, sentyabr ayında faktiki hasilat 69 min barel geriləyib.

OPEC-in məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda gündəlik orta hesabla 477 min barel, ikinci rübdə isə 475 min barel, üçüncü rübdə 486 min barel neft hasil edilib.

2023-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 503 min barel olub.

seeBaxış sayı:67
embedMənbə:https://baku.ws
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri