OPEC ölkələrində neft hasilatı artacaq
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələrinin 2026-cı il üçün gündəlik xam neft hasilatı üzrə proqnozunu açıqlayıb.
Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, gələn il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatının 32,93 mln. barel olacağı proqnozlaşdırılır.
Hesabata əsasən, bu il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 32,73 mln. barel olacaq. Qurumun mart proqnozu 32,34 mln. barel idi.
Əlavə edək ki, ötən il OPEC ölkələri üzrə gündəlik ortalama neft hasilatı 32,44 mln. olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
Baxış sayı:109
Bu xəbər 12 İyun 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















