Icma.az
close
up
RU
OPEC yeni dövlətlərin təşkilata üzvlüyünə açıqdır

OPEC yeni dövlətlərin təşkilata üzvlüyünə açıqdır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 14 iyul, AZƏRTAC

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlük meyarlarına və məqsədlərinə cavab verən istənilən ölkənin təşkilata qoşulmasına açıqdır.

AZƏRTAC xəbər verir ki, təşkilatın Baş katibi Haysam əl-Qays bu barədə Vyanada keçirilən 9-cu Beynəlxalq OPEC Seminarı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“OPEC hər zaman yeni üzvlərin təşkilata qoşulmasına açıq olub. Üzv olmaq istəyən ölkələr OPEC-in meyarlarına uyğun gəlməli və digər iştirakçılarla ortaq məqsədlərə malik olmalıdırlar”, – deyə Haysam əl-Qays bildirib.

Onun sözlərinə görə, hazırda təşkilat bir sıra ölkələrlə danışıqlar aparır: “Mən Afrikanın bir neçə ölkəsi, o cümlədən Seneqal ilə görüşlər keçirmişəm. Namibiyanın gələcəkdə təşkilata qoşulması üçün ciddi potensialı var. Lakin bu mərhələdə yeni üzvlərin qəbulu ilə bağlı hər hansı bir qərar yoxdur”.

Əl-Qays, həmçinin yaxın zamanda Braziliyanın OPEC+ əməkdaşlıq xartiyasına qoşulduğunu xatırladıb. “Braziliyanın növbəti mərhələyə keçmək istəyib-istəmədiyini soruşmaq lazımdır. Biz onları tərəfdaş kimi qəbul edirik, lakin ölkənin bu öhdəlikləri üzərinə götürməyə hazır olub-olmadığını bilmirik”, – deyə OPEC-in Baş katibi əlavə edib.

Hazırda OPEC-ə neft ixrac edən 12 ölkə daxildir. Təşkilatın tərkibində son dəyişiklik 2023-cü ilin dekabrında baş verib – həmin vaxt Anqola təşkilatdan çıxmaq qərarına gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see322

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see285

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see276

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see276

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see268

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see261

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see256

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see245

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see231

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see228

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see225

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see222

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see212

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see199

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see198

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see197

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see188

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see185

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see184

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri