OpenAIdən ABŞ ordusuna süni intellekt dəstəyi
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
OpenAI və Anduril Industries süni intellektlə dəstəklənən müdafiə texnologiyalarını inkişaf etdirmək üçün əməkdaşlıq ediblər.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu strateji əməkdaşlıq ABŞ və onun müttəfiq qüvvələrinə pilotsuz uçuş aparatları (PUA) və hava təhdidləri ilə mübarizədə daha effektiv həllər təqdim etmək məqsədi daşıyır.
Şirkətlər əməkdaşlığı Çinlə süni intellekt yarışında kritik bir zamanda Amerikanın texniki üstünlüyünü təmin etmək üçün bir yol kimi təsvir etdilər.
Onlar maliyyə şərtlərini açıqlamayıblar.
Anduril və OpenAI hesab edir ki, bu əməkdaşlıq Amerikanın texniki üstünlüyünün qorunmasına töhfə verəcək.
OpenAI keçmişdə hərbi texnologiyalardan istifadəni qadağan etmişdi, lakin bəzi əməkdaşlığa icazə vermək üçün 2024-cü ilin əvvəlində qaydalarını dəyişdi. CEO Sam Altman, inkişaf etdirilən texnologiyanın yalnız müdafiə məqsədləri üçün istifadə ediləcəyini və demokratik dəyərlərə sadiq qalacaqlarını vurğuladı.
Orxan Saffari
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 05 Dekabr 2024 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















