Oqtay Əsədova bağlı olduğu deyilən şirkətə 210 min manatlıq sifariş
Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
Səhiyyə Nazirliyi "Arash Medical Company" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Qaynarinfo xəbər verir ki, nazirlik şirkətdən cəzaçəkmə müəssisələrində məhbuslar arasında vərəm infeksiyasına qarşı müayinə üçün xüsusi təyinatlı tibbi avtomobil almağı planlaşdırır. Nazirlik buna görə şirkətə 210 000 manat ödəyəcək.
Tibb sektorunda fəaliyyət gösrtərən "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
2019-cu ilədək "Arash Medical Company" şirkətinin təşkilati-hüquqi forması MMC olub. Həmin ildən etibarən isə şirkət Qapalı Səhmdar Cəmiyyətə (QSC) çevrilib.
"Arash Medical Company" QSC-nin keçmiş spiker Oqtay Əsədova bağlı şirkət olduğu barədə iddialar var. Bu iddialara səbəb 2015-ci ilədək şirkətin qanuni təmsilçisi olmuş Əsədov Cavid Bəxtiyar oğluna görədir. İddia olunur ki, həm də şirkətin təsisçi olan bu şəxs Oqtay Əsədovun qohumudur.
"Arash Medical Company" QSC adətən iri məbləğli tenderlərin qalibi seçilir. Bu tenderlər tibbi avadanlıqların satın alınması ilə bağlı olur.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 21 İyun 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















