Oqtay Kamil ağlayaraq efirdən GETDİ VİDEO
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
"Günə Uğurla" verilişində duyğusal anlar yaşanıb.
Milli.Az xəbər verir ki, proqramın qonağı olan meyxanaçı Oqtay Kamil efirdə yaxın dostu, mərhum söz ustası Xəyyam Əhmədlinin ifa etdiyi mahnıları eşidib və onun görüntülərini izləyib.
Studiyada nümayiş olunan kadrlar Oqtayı kövrəldib. O, göz yaşlarını saxlaya bilməyərək duyğusal anlar yaşayıb.
"Dost itkisi ağırdır. Bir gün görüşəcəyik..." sözlərini səsləndirən sənətçi hisslərinə hakim ola bilmədiyi üçün studiyanı tərk edib.
Canlı efirdə baş verən bu məqam izləyiciləri də təsirləndirib. Sosial şəbəkələrdə proqramdan yayılan görüntülər geniş müzakirə olunub, istifadəçilər mərhum meyxanaçını rəhmətlə anaraq Oqtay Kamilə dəstək mesajları yazıblar.
Qeyd edək ki, Oqtay Kamil və Xəyyam Əhmədli uzun illər dostluq münasibətləri ilə tanınıblar və eyni məclislərdə, tədbirlərdə birgə çıxış ediblər.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 14 Fevral 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















