Icma.az
close
up
RU
“Orada vaxtilə ABŞ ın dəstəyi ilə Çin Respublikası adlanan dövlət yaradılmışdı...”

“Orada vaxtilə ABŞ ın dəstəyi ilə Çin Respublikası adlanan dövlət yaradılmışdı...”

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Hazırda iTayvan problemi Çin ilə ABŞ üçün bir-birlərinə təzyiq vasitəsidir...”

Çin lideri Si Cinpin iki ölkə arasında ticarət razılaşmasının şərti kimi ABŞ prezidenti Donald Trampdan Tayvanın müstəqilliyinə qarşı açıq mövqe ortaya qoymasını istəyib. Co Baydenin prezidentliyi dövründə ABŞ Tayvanın müstəqilliyini dəstəkləməsə də, bu mövqe artıq Si üçün kifayət etmir. Mənbələrin bildirdiyinə görə, Çin lideri Trampdan Tayvanın müstəqilliyinə qarşı olduğunu rəsmi bəyan etməyi tələb edir. Si Cinpin həmçinin ticarət razılaşması üzrə danışıqlardan Amerika prezidentinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyi planlaşdırır.

Görəsən, bunu necə şərh etmək olar?..

Siyasi analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı bunları söyləyib:

“Əvvəla, Tayvan probleminin kökü dərindir. Oraya ilk dəfə avropalılar gəlib, sonra Çin oranı işğal edib. Tayvanın uzun müddət sahibi Çin olub. Sonra bir müddət Yaponiya, daha sonra yenidən Çin... Tayvan problemi əsasən Çində vətəndaş müharibəsi(1925-1949) bitəndən sonra aktivləşməyə başlayıb. 1949-cu ildə  Çan Kayşi tərəfdarları məğlub olandan sonra o, məhz Tayvana qaçdı və orada ABŞ-ın dəstəyi ilə Çin Respublikası adlı dövlət yaratdı. O dövrkü ABŞ milli təhlükəsizlik doktrinasına əsasən Çindəki vətəndaş savaşında sosialistlər qalib gəldiyinə görə Tayvana dəstək verilməli idi ki, orada sosializm qurulmasın...

Hazırda isə Tayvan problemi Çin ilə ABŞ üçün bir-birlərinə təzyiq vasitəsidir. Bu gün əsasən Afrika və Latın Amerikası ölkələri olmaqla Tayvanın müstəqilliyini bir çox dövlətlər tanıyır. Lakin bu o qədər də önəmli görünmür. Əlbəttə, Birləşmiş Ştatlar Tayvanı dövlət kimi tanımasa da, ona  dəstək verir. Hazırda Tayvanın Vaşinqtonda nümayəndəliyi fəaliyyət göstərir. Bayden kimi Tramp administrasiyası da Tayvanın müstəqilliyini tanımadığını bəyan edib. Fəqət bu da heç bir şeyi dəyişmir. Yəni Tayvan problemi ABŞ və Çin arasında təzyiq və siyasi alver vasitəsi kimi qalmaqda davam edir. Ona görə də Tramp və Si Cinpin bu amildən ticarət razılaşmaları üçün də yararlanır. Və dediyim kimi, ABŞ Tayvanı dövlət kimi tanımasa da, ona siyasi, iqtisadi və hərbi dəstək verir. Yəni Amerika bu dəstəyini çəkərsə, Çin asanlıqla müxtəlif vasitələr tətbiq edərək Tayvanı öz ərazisinə qata bilər. Onsuz da Pekin mütəmadi olaraq bu arzusunu ifadə edir. Siyasi, iqtisadi planlar, hərbi əməliyyatlar hazırlayır, amma onu həyata keçirə bilmir, çünki ortada Birləşmiş Ştatların Tayvana yetərli dəstəyi var. Tayvan probleminin həlli Çinin ABŞ-la razılaşmalarından keçir. Ona görə də hələlik Tramp və Si Cinpinin son qarşılıqlı bəyanatlarının elə bir önəmi yoxdur...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see196

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see164

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see151

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see151

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see147

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see137

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see135

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see129

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see129

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see129

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see126

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri