Icma.az
close
up
RU
Orban: Aİ nin Ukraynanın bərpası ilə bağlı planı “maliyyə bombası“dır

Orban: Aİ nin Ukraynanın bərpası ilə bağlı planı “maliyyə bombası“dır

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynanın müharibədən sonrakı bərpası və yenidənqurulması üçün maliyyə ehtiyacları ilə bağlı Avropa İttifaqı liderlərinə təqdim edilən plan "maliyyə bombası" kimi xarakterizə edilə bilər.

Moderator.az-ın məlumatına görə, bu barədə jurnalistlərə Macarıstanın Baş naziri Viktor Orban bildirib, eyni zamanda qeyd edib ki, o, sənədin məzmununu açıqlamamalıdır.

"Biz transatlantik münasibətləri müzakirə etmək üçün fövqəladə sammitə toplaşdıq və geniş maliyyə öhdəliklərini, Ukraynanın Avropa İttifaqına sürətli inteqrasiyasını nəzərdə tutan bu sənədi əldə etdik", - Orban qeyd edib.

O, təklif edilən maliyyələşdirmə modelini kəskin tənqid edərək vurğulayıb ki, belə planın həyata keçirilməsi Avropa İttifaqının borc yükünün artması deməkdir. Onun sözlərinə görə, Macarıstan ayrı-ayrı ölkələrin Ukraynaya maliyyə yardımı göstərməsinə qarşı deyil, lakin bu, Avropa İttifaqının ümumi büdcəsi hesabına olmamalıdır.

Orbanın fikrincə, yardım Avropa İttifaqının mexanizmləri vasitəsilə deyil, könüllü şəkildə və hər bir ölkə tərəfindən fərdi olaraq göstərilməlidir.

"Sənəd Ukraynanın növbəti on il üçün 800 milyard avro məbləğində maliyyələşdirmə tələblərinə əsaslanır. Birinci mərhələdə 500 milyard, ikinci mərhələdə isə 300 milyard avro nəzərdə tutulur" , - Macarıstanın Baş naziri bildirib.

Bundan əlavə, o qeyd edib ki, eyni dövr üçün təxminən 700 milyard avro əlavə hərbi xərc də mümkündür.

Orban bu yanaşmanı Avropa siyasəti üçün "atom bombası effekti" adlandırıb və vurğulayıb ki, əvvəllər Ukraynanın tələblərinin azaldılması və ya yumşaldılması ilə bağlı danışıqların mümkünlüyü nəzərdə tutulsa da, nəticədə onlar demək olar, dəyişdirilmədən qəbul edilib.

Macarıstan Baş naziri sənədin Ukraynanın Avropa İttifaqına qəbul tarixinin 2027-ci il olaraq müəyyən edildiyi hissəsini qabardıb.

"Macarıstan buna qarşıdır", - Orban bildirib və vurğulayıb ki, yaxın gələcəkdə Macarıstan parlamenti Ukraynanın Avropa İttifaqına daxil olmasını dəstəkləməyəcək.

Beləliklə, o, təklif edilən planların Avropa İttifaqının dayanıqlılığına xələl gətirə biləcəyini bildirərək, təkcə Ukraynaya maliyyə dəstəyinin miqyasını deyil, həm də Avropa İttifaqının strateji kursunu şübhə altına alıb.

Daha əvvəl "Politico" nəşri Avropa Komissiyasının cümə axşamı Brüsseldə sammit başlamazdan əvvəl üzv dövlətlər arasında yaydığı Ukraynanın bərpasına dair 18 səhifəlik planın bəzi təfərrüatlarını dərc edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri