Icma.az
close
up
RU
“Orban Avropa Birliyi içərisində Rusiyanın agenti rolunu oynayır...”

“Orban Avropa Birliyi içərisində Rusiyanın agenti rolunu oynayır...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əgər birdən, işdi-şayətdi, o, yenə də baş nazir seçilə bilsə, onda Macarıstanın Avropa Birliyindən çıxarılması artıq qəti şəkildə gündəmə gələ bilr. Və bu ölkə AB-dən çıxarılsa, acından öləcək...”

“Orban Avropa Birliyi içərisində Rusiyanın agenti rolunu oynayır. O artıq bəzi şeyləri çox açıq surətdə edir.Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Orbanı “Rusiyanın Avropa Birliyindəki dondurulmuş ən qiymətli məhsulu” adlandırır. Bu bir siyasətçi üçün çox böyük təhqirdir. Onsuz da onun sifətinə baxanda abır-həyadan bir iz görünmür.”

Bu fikirləri Moderator.az-a açıqlamasında “Avropa Birliyinin Orban - Macarıstan problemi nə vaxt öz həllini tapacaq?” sualını cavablandırarkən politoloq Qabil Hüseynli ifadə edib.  

“Orbanın baş nazirlik müddəti gələn il bitsə də, o hələ prezident olmaq eşqindədir.  Reytinq xidmətlərinin hesablamaları göstərir ki, müxalifətdə olan partiya nüfuz baxımından Orbanın partiyasını xeyli üstələyir. Başqa sözlə, gələnilki parlament seçkilərində o, qələbə qazana bilməyəcək. Ona görə də indidən prezidentliyə namizədliyini irəli sürmək istəyir. Amma hesab edirəm ki, bu cür adamların sonu çox pis olur. Belələri öncə öz xalqları tərəfindən rədd ediləcək”, -deyə davamında həmsöhbətimiz bildirib. 

“Orbanın siyasəti o həddə gətirib ki, Avropa Birliyi Macarıstanı öz tərkibindən uzaqlaşdırmaq fikrinə düşüb. İndi hələki vəziyyəti gərginləşdirmək istəmir. Hələlik AB-nin gözləntisi odur ki, Orban növbəti dəfə baş nazir seçilə bilməyəcək, heç prezident də ola bilməyəcək və nəticədə tarixin zibilliyinə atılacaq.  Əgər birdən, işdi-şayətdi, o, yenə də baş nazir seçilə bilsə, onda Macarıstanın Birlikdən çıxarılması artıq qəti şəkildə gündəmə gələ bilr. Və bu ölkə AB-dən çıxarılsa, acından öləcək, ən azı, indiki həyat şəraitindən pis – Rusiyanın durumuna bənzər bir şərait bərqərar olacaq. Bu mənada da Orbanın öz xalqına vurduğu ziyanın həddi-hüdudu yoxdur”, -deyə Qabil Hüseynli vurğulayıb.

Sultan Laçın 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri