Icma.az
close
up
RU
Orban: Avropa İttifaqı 25 ildən sonra yox ola bilər

Orban: Avropa İttifaqı 25 ildən sonra yox ola bilər

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, Avropa İttifaqı lazımi islahatlar həyata keçirməyəcəyi təqdirdə 25 il ərzində mövcudluğunu itirə bilər. Bu barədə o, Rumıniyada keçirilən "Tuşvanyoş" yay düşərgəsində proqram xarakterli çıxışı zamanı danışıb.

Qaynarinfo xəbər verir ki, məlumatı "MTI" agentliyi yayıb.

Orbanın sözlərinə görə, Avropa İttifaqı indiki vəziyyətində davamlı deyil. O bildirib ki, bir sıra digər beynəlxalq təşkilatlar kimi, Aİ də yaxın illərdə özünü yeniləyə bilməsə, ya tamamilə yox ola, ya da tanınmaz dərəcədə dəyişə bilər.

"Uyğunlaşa bilməyən yox olacaq. Mənim gördüyüm qədərilə Avropa İttifaqı hazırda uyğunlaşmaq qabiliyyətinə malik deyil. Mən onun yox olmasını istəmirəm. Əksinə, istəyirəm ki, o, dəyişə bilsin və Macarıstan da bu prosesdə öz rolunu oynasın. Nəticədə biz qalib tərəf olaq. Lakin bu gün dürüst danışsaq, görünür ki, Avropa İttifaqı özünü islahat yolu ilə yeniləyə bilmir. Buna görə də onun böyük gələcəyini proqnozlaşdırmıram", deyə Orban bildirib.

Çıxış zamanı ondan Avropa Komissiyasının sədri vəzifəsini qəbul edib-etməyəcəyi soruşulduqda, Orban bu vəzifənin ümumiyyətlə ləğv edilməli olduğunu deyib.

Onun fikrincə, Avropa İttifaqında islahatlar aparılmalı, Avropa Komissiyasının geniş səlahiyyətləri məhdudlaşdırılmalıdır. Orban hesab edir ki, bu yalnız "Avropa üçün Patriotlar" siyasi qrupu Brüsseldə hakimiyyətə gəldiyi və üzv dövlətlərlə Brüssel bürokratiyası arasında pozulmuş tarazlığı bərpa etdiyi halda mümkün olacaq.

Siyasətçi bildirib ki, problemlər 2015-ci ildə Jan-Klod Yunkerin rəhbərliyi dövründə başlayıb. Onun sözlərinə görə, həmin vaxt Avropa Komissiyası hüquqi koordinasiya və müqavilələrin icrasına nəzarət edən qurumdan siyasi orqana çevrilib.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri