Orban: Avropa liderləri illüziyalar dünyasında yaşayırlar
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Qərbi Avropa liderləri Ukraynanın Rusiya ilə münaqişədə qalib gələ biləcəyinə inanaraq illüziyalar dünyasında yaşamağa davam edirlər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Budapeştdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.
O qeyd edib ki, Qərbi Avropa siyasətçiləri Rusiya tükənənə qədər Ukraynaya hərbi dəstək vermək niyyətindədirlər.
"Bəs kim inana bilər ki, ruslar Ukraynadan əvvəl tükənəcəklər? Bu, xəyallar və illüziyalardır", - deyə Orban bildirib.
Hökumət başçısı bildirib ki, Rusiyanın ehtiyatları, hətta Avropadan aldığı dəstəyi nəzərə alsaq belə, Ukraynanın ehtiyatlarından xeyli çoxdur.
O, əlavə edib ki, "1944-1945-ci illərdə də Rusiyanın tezliklə məhv ediləcəyini deyirdilər, lakin o vaxtdan bəri Rusiya nüvə gücünə çevrilib və almanlar yalnız indi silahlanmağa başlayırlar.
Orban Ukraynadakı münaqişəni uzatmağa və onun tezliklə sülh yolu ilə həllinə mane olmağa çalışan Qərbi Avropa siyasətçilərinin hərəkətlərini məsuliyyətsiz adlandırıb.
Süleyman
Bu mövzuda digər xəbərlər:Orban: Avropa liderləri Ukraynanın qələbəsinə ümid etməklə yanılırlar
18 Fevral 2026 16:00
Avropa Birliyi çürüyür Orban
31 Mart 2025 22:47
Orban: “Avropa İttifaqı dağılır”
06 Oktyabr 2025 17:26
“Avropa müharibənin astanasındadır” − Orban
15 Noyabr 2025 18:15
Orban: Avropa müharibə yolundadır
17 Noyabr 2025 15:48
Baxış sayı:171
Bu xəbər 17 Fevral 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















