Orban: “Brüssel və Soros şəbəkəsi Gürcüstana hücumları dayandırmalıdır”
Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb.
Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, tərəflər siyasi əməkdaşlıqla yanaşı iqtisadi və energetika sahəsindəki əlaqələri də müzakirə ediblər.
Macarıstan hökumətinin mətbuat katibi Zoltan Kovaçın “X” hesabında yazdığına görə, V.Orban görüşdə qeyd edib ki, Brüssel və Corc Soros şəbəkəsi Gürcüstan hökumətinə qarşı hücumları, müxalifəti maliyyələşdirməyi dayandırmalıdırlar.
“Orban vurğulayıb ki, Gürcüstan Aİ-yə üzvlüyə hazırdır və ittifaqa mümkün qədər tez qəbul olunmalıdır”, - Z.Kovaç qeyd edib.
Görüşdə Macarıstan və Gürcüstan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinin vacibliyi də vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Yanvar 2025 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















