Orban dövrünün başa çatması Avropa İttifaqının siyasətinin nəticəsi oldu
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
"Macarıstanda Orban dövrünün başa çatması Avropa İttifaqının uğurlu siyasətinin nəticəsi oldu".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov Macarıstandakı seçkilərin nəticələrini şərh edərkən deyib. O bildirib ki, Macarıstan Aİ ölkəsi olsa da, daim Aİ ilə fərqli mövqe nümayiş etdirir, qərarların qəbul edilməsini bloklayırdı:
"Bu durum Ukrayna səbəbindən Macarıstan rəhbəri ilə Aİ münasibətlərini kritik həddə gətirib çıxarmışdı. Orban sağ təmayüllü siyasətçi kimi milli dəyərləri üstün tuturdu. Türk dünyası ilə münasibətləri yüksək səviyyədə saxlamaqla yanaşı TDT-nın da müşahidəçi üzvü idi".
Azər Qasımov qeyd edib ki, yeni hakimiyyətin Avropa və Qərb meyilli siyasət yürüdəcəyi böyük ehtimaldır:
"Türk dünyası ilə münasibətlərdə ciddi dəyişikliklərin olacağı ehtimalı olsa da, hesab edirəm ki, bu, əsaslı dəyişikliklərə səbəb olmayacaq. Türkiyə və Azərbaycanın Macar xalqı ilə mənəvi və tarixi bağları münasibətlərdə əhəmiyyətli rol oynayacaq. Macarıstan türk mənşəli dövlət kimi öz mənşəyini hansı hakimiyyətin başda olmasından asılı olmayaraq unutmaz və TDT-kı fəaliyyətini də arxa plana keçirməz".
Süleyman
Bu mövzuda digər xəbərlər:Orban Avropa İttifaqının dağılacağını proqnozlaşdırır...
24 Dekabr 2025 18:35
Orban Avropa İttifaqının planını pozdu “Trampı gözləyək”
20 Dekabr 2024 13:12
Viktor Orban Avropa İttifaqının yenidən təşkilinə çağırıb
08 Sentyabr 2025 03:20
Orban Avropa İttifaqının ona təzyiq göstərdiyini deyib FOTO
11 Aprel 2025 19:59
Avropa İttifaqının Ukraynanı qəbul etməyə pulu yoxdur Orban
21 Yanvar 2025 23:26
Baxış sayı:167
Bu xəbər 13 Aprel 2026 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















