Orban neft emalı zavodunda yanğında xaricdən müdaxiləni istisna etməyib
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rəsmi Budapeşt MOL şirkətinə məxsus neft emalı zavodunda (NEZ) baş verən qəzanın arxasında xarici qüvvələrin ola biləcəyini istisna etməyib.
Oxu.Az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban özünün "Facebook" sosial şəbəkəsindəki hesabında yazıb.
O qeyd edib ki, əsas etibarilə Rusiya xammalı ilə işləyən bu NEZ strateji əhəmiyyətə malikdir və Macarıstanın beş əsas sənaye obyektindən biridir.
"Dünən axşam Sazhalombattadakı neft emalı zavodunda baş vermiş hadisə ilə bağlı daxili işlər nazirinin hesabatını dinlədim. Biz hələ də bilmirik: bu, bir bədbəxt hadisə, nasazlıq idi, yoxsa xaricdən hücum olub", - deyə baş nazir yazıb.
Orban, həmçinin Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ukraynalılara "Drujba" neft kəmərini partlatmağı məsləhət görən bəyanatını xatırladıb.
"Ümid edirik ki, bu baş verməyəcək", - deyə Orban qeyd edib.
Xatırladaq ki, oktyabrın 21-də Budapeştdən 30 kilometr məsafədə Sazhalombatta şəhərində MOL şirkətinə məxsus "Dunay" NEZ-də böyük yanğın baş verib. Bəzi KİV yazıb ki, bu insident təxribat nəticəsində baş verə bilərdi.
Baxış sayı:39
Bu xəbər 30 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















