Orban Rusiyaya MEYDAN OXUDU “Qorxmuruq, vuracağıq”
Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.
"Macarıstan ölkənin hava məkanına müdaxilə edən pilotsuz uçuş aparatlarını vurmaq niyyətindədir".
Hurriyyet.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Döyüş saatı” adlı podkastda bəyan edib.
Aparıcının PUA-ların Rusiya mənşəli ola biləcəyini nəzərdə tutan sualına cavab olaraq Orban vurğulayıb ki, Macarıstan qorxu hiss etmir və bu PUA-ları vuracaq.
Bundan əlavə, siyasətçi Avropa İttifaqının bütün sahələrdə Rusiyadan üstün olduğunu ifadə edib.
“Avropa bütün ölçülərdə daha güclüdür, Rusiya isə hərbi, iqtisadi və say baxımından daha zəifdir. O, bizə zərər verə bilməz. Biz güclü bir birlik kimi davranmalıyıq”, - deyə Orban bildirib.
10 sentyabrda bir neçə PUA-nın Polşanın hava məkanını pozmasından sonra Orban Varşavaya həmrəylik nümayiş etdirib. O, "X" sosial şəbəkəsindəki səhifəsində Ukrayna münaqişəsinin tezliklə həllinə çağırış edib.


