Orban Ukrayna və Avropanı ittiham etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
Macarıstan Baş naziri Viktor Orban Avropa İttifaqı (Aİ) ölkələrini Ukraynaya yardım göstərməklə müharibənin bitməsinə mane olmaqda ittiham edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.
Orbanın sözlərinə görə, müharibəni davam etdirmək istəyən Ukraynadır, bu da sülhə əsas maneələrdən biridir:
“Ukraynalıların bunu etmək hüquqları var. Bununla bütün Avropanı təhlükəyə atsalar da, bura onların ölkəsidir. Bu onların azadlıq uğrunda mübarizəsidir”.
Baş nazir əlavə edib ki, daha böyük bir problem avropalıların bu məsələdə ukraynalıları dəstəkləməsidir:
“Avropalılar ukraynalıların arxasında durmasaydılar, müharibəni davam etdirə bilməzdilər. Danışıqlar, atəşkəs və sülh çoxdan baş verərdi. Əslində, Avropa hətta amerikalılara qarşı da müharibəni qızışdırırr. Başlarında ağıl olsaydı, sülh olardı”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 16 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















