Orban Ukraynanı Aİ yə “aparmağa” hazır olduğunu bildirdi
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanı Avropa İttifaqına (Aİ) “mindirib aparmağa” hazır olduğunu zarafatla deyib.
Redaktor.az xəbər verir ki, onun sözlərini "Magyar Nemzet" nəşri yayıb.
Seçkiqabağı mitinqdə çıxış edən siyasətçidən seçicilərdən biri Ukraynadan Avropaya getmək istəyənlərlə bağlı nə edəcəyini soruşub. Orban cavabında zarafatla bildirib: “Maşının yanlarını təpikləməsələr, onları apararam. Siz də Brüsselə gedirsiniz?”
Baş nazir həmçinin vurğulayıb ki, Macarıstan hökuməti seçicilərin vəsaitlərinin Ukraynaya göndərilməsinə imkan verməmək üçün əlindən gələni edəcək.
“Bizim milli hökumətimiz və güclü ictimai dəstəyimiz olduğu müddətdə, onların (Avropa Komissiyasının) planını bloklaya və macarların zəhmətlə qazandığı vəsaiti qoruya biləcəyik”, – deyə Orban bildirib.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Fevral 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















