Orban Ukraynanı şantaj edir “Drujba”nın bağlanması düşmənçilik yaradıb
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Macarıstan hökuməti Ukraynaya elektrik enerjisi və qaz tədarükünün dayandırılmasını nəzərdən keçirir.
“AzPolitika” xəbər verir ki, bu barədə Macarıstan Baş nazir Aparatının rəhbəri Qerqeli Qulyas keçirdiyi brifinqdə məlumat verib.
Qulyas qeyd edib ki, "Kiyev ”Drujba” kəməri ilə Macarıstana neft tranzitini dayandırmaq qərarını davam etdirərsə, Macarıstan hökuməti Ukraynaya elektrik enerjisi və təbii qaz tədarükünün dayandırılmasını nəzərdən keçirəcək".
Viktor Orbanın nümayəndəsi hesab edir ki, Ukraynanın Rusiyadan Macarıstana neft tranzitini belə uzun müddət dayandırması üçün heç bir əsası yoxdur, çünki onun sözlərinə görə, son aylarda “Drujba” boru kəmərinin özünə hücum edilməyib, yalnız kəmərin yaxınlığındakı anbara hücum edilib.
O, həmçinin "Ukraynanın düşmənçilik hərəkətlərinə" cavab olaraq Ukraynaya dizel yanacağı ixracının dayandırıldığını təsdiqləyib.
Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa bəyan edib ki, Rusiyanın 27 yanvarda “Drujba” boru kəmərinə hücumu nəticəsində Macarıstana neft tranziti dayandırılıb. Bundan bir müddət sonra 18 fevralda Macarıstan və Slovakiya nümayəndələri Ukraynaya qarşı bir sıra sərt təhdidlər səsləndiriblər.
Slovakiyanın Baş naziri Robert Fitso da deyib ki, Kiyev Rusiyanın yanvar ayında zədələdiyi “Drujba” boru kəməri vasitəsilə neft tədarükünü bərpa etməsə, Ukraynaya elektrik enerjisi ixracını dayandıracaq.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 19 Fevral 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















