Icma.az
close
up
RU
Orban yenidən Ukraynaya qarşı: Hədəf nədir?

Orban yenidən Ukraynaya qarşı: Hədəf nədir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Kiyevi təzyiq altına almağa çağırıb ki, Rusiya qazının Avropaya tranziti yenidən bərpa olunsun. Əks təqdirdə, o, Rusiyaya qarşı sanksiyaların uzadılmasına mane olmaqla hədələyib.

Orban Aİ-yə üzv olan 27 ölkədən birinin dəstəyi olmadan sanksiyaların davam etməsinin mümkünsüz olduğunu bildirib və əgər dəstək alınmasa, 31 yanvardan sonra sanksiyalar dayandırılacaq. Rusiya qazının tranzitinin bərpası ilə yanaşı, Orban "Türk axını" adlanan alternativ qaz təchizatı yolunun hər hansı bir hücumdan qorunmasını tələb edib. Həmçinin, Macarıstan neft tədarükü marşrutlarının qorunacağına dair zəmanət istəyib. Xarici işlər naziri Peter Siyarto isə bildirib ki, Macarıstan sanksiyaların uzadılması ilə bağlı qərar qəbul etməzdən əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə məsləhətləşmə aparacaq.

Macarıstan Ukraynanın bu ilin əvvəlində mövcud müqavilənin bitməsindən sonra Rusiya qazının Avropaya tranzitini bərpa etməməsini tənqid edib. Orban Ukraynanı Macarıstanda enerji qiymətlərinin artmasına səbəb olmaqda ittiham edib.

Orbanın yenidən Aİ-ni Rusiyaya qarşı sanksiyaların uzadılmasına maneə olmaqla hədələməsi gözlənilən idi. Bu, sanksiyaların son müddətinin yanvarın 31-nə qədər uzadılması ilə bağlıdır. Həmin müddətin bitməsindən sonra Aİ sanksiyaların yenidən uzadılmasına baxmalıdır. Orban da məhz bu məqamdan istifadə edərək, öz istəyinə nail olmaq üçün yenidən Aİ-ni Rusiyaya qarşı sanksiyaların uzadılmasına imkan verməyəcəyi ilə hədələyir. Bu, Orbanın ənənəvi taktikasıdır. Əvvəlki dövrlərdə də o, anoloji addımlar atmaqla hədələyib. Lakin bu ana qədər Macarıstan baş naziri Brüsselin təzyiqləri və yaxud onu yola gətirməsi ilə son nəticədə tutduğu mövqeyindən geri çəkilməli olub. 

Lakin görünür, Orban indi öz istəyinin təmin edilməsi üçün əlverişli fürsətin yetişdiyini düşünür. Bu fürsət isə Donald Trampın Prezident səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədardır. Bildiyimiz kimi, Tramp Ukrayna müharibəsini dayandıracağını vəd edib. Bu müstəvidə həm Ukraynaya, həm də Rusiyaya təzyiq edir. Rəsmi Budapeşt də düşünür ki, yaranmış vəziyyət Aİ və Kiyevə öz diktəsini yeritmək üçün əlverişli məqamdır. Budapeştdə anlayırlar ki, Trampın Aİ ilə sərt dildə danışması onlara da qurumun Ukrayna siyasətinə qarşı çıxmalarında real kömək olacaq. Macarıstan xarici işlər naziri Peter Siyartonun Budapeştin sanksiyaların uzadılması ilə bağlı qərar qəbul etməzdən əvvəl ABŞ prezidenti Donald Tramp administrasiyası ilə məsləhətləşmələr aparacağını deməsi də Orbanın sözügedən istəyinin reallaşmasının məhz Trampın tutacağı mövqedən asılı olacağına işarədir. Yəni Tramp Orbana həmin məsələdə öz marağına uyğun hərəkət etməkdə sərbəstlik versə, Macarıstan baş naziri bu dəfə qəti şəkildə Aİ-nin Moskvaya qarşı sanksiyalarının uzadılmasına qarşı çıxacaq. Çox güman ki, Tramp da məsləhətləşmələr nəticəsində Orbana öz istəyinin gerçəkləşməsinin Putinlə aparacağı mümkün danışıqların gedişindən asılı olacağını bildirəcək. 

Orbanın Ukraynanın bu ilin əvvəlində mövcud müqavilənin bitməsindən sonra Rusiya qazının Avropaya tranzitini bərpa etməməsini tənqid edərək, Kiyevi Macarıstanda enerji qiymətlərinin artmasına səbəb olmaqda ittiham etməsi isə sırf daxili auditoriyaya hesablanmış addımdır. Bununla macar baş nazir ölkə daxilində enerji qiymətlərinin bahalaşmasını xarici amil, Ukraynanın hərəkətilə əlaqələndirməklə, özünü bir növ təmizə çıxarmağı düşünür. 

Bir sözlə, Orbanın son günlər yenidən Ukraynaya qarşı hücumlara start verməsinin kökündə ilk növbədə daxildə daha geniş dəstək almaq niyyəti dayanır.    

Hər halda Orban bu qənaətə gəlib ki, Trampın yenidən qayıdışı ona Aİ-də və ölkə daxilində mövqelərini möhkəmləndirməyə imkan verəcək. Bu əsasda da daim şıltaq hərəkətlərilə seçilən Orbanın qarşıdakı dövrdə daha ciddi şıltaqlıqlarının şahidi ola bilərik.  

Rüfət Sultan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 25 Yanvar 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri