Orbana qarşı etiraz konsertinə 100 mindən çox insan toplaşıb
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Macarıstanın paytaxtı Budapeşt şəhərində baş nazir Viktor Orban əleyhinə genişmiqyaslı mitinq-konsert təşkil olunub.
Yeniavaz.com “Associated Press”ə istinadən xəbər verir ki, tədbirdə 100 mindən çox insan iştirak edib.
“Rendszerbonto” (“Sistem Dağıdıcı”) adlı konsert aprelin 10-u axşam saatlarında şəhərin məşhur Qəhrəmanlar Meydanı meydanında başlayıb və 7 saatdan artıq davam edib. Tədbirdə onlarla tanınmış macar musiqiçisi səhnəyə çıxaraq hökuməti tənqid edən mahnılar ifa edib.
İfaçılar çıxışları zamanı hökumət əleyhinə şüarlar səsləndirib və seçiciləri Orbanın rəhbərlik etdiyi “Fidesz” partiyasına səs verməməyə çağırıblar. Konsert vətəndaş təşəbbüsü tərəfindən təşkil olunub və əsas məqsəd seçkilər ərəfəsində seçici fəallığını artırmaq olub.
Məlumata görə, aksiyada xüsusilə gənclərin fəal iştirakı diqqət çəkib.
Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək. Analitiklər bu seçkiləri Orbanın 16 illik hakimiyyəti dövründə ən gərgin və həlledici səsvermə kimi dəyərləndirirlər. Seçkilərdə bir neçə siyasi qüvvə iştirak etsə də, əsas rəqabət “Fidesz” ilə Peter Maqyarın rəhbərlik etdiyi “Tisza” partiyası arasında gedir.
Bu mövzuda digər xəbərlər:Rio de Janeyroda 40 mindən çox insan etiraz aksiyasına toplaşıb
22 Sentyabr 2025 07:24
Budapeştdə minlərlə insan Orbana qarşı etiraz aksiyası keçirib VİDEO
16 Mart 2025 12:32
İnfantinoya qarşı kampaniya 100 mindən çox imza toplandı
09 Sentyabr 2026 22:52
Madriddə etiraz aksiyasına 100 mindən çox şəxs qatılıb
15 Sentyabr 2025 02:48
Berlində elektrik enerjisi kəsilib: 100 mindən çox insan....
07 Yanvar 2026 13:19
Baxış sayı:163
Bu xəbər 11 Aprel 2026 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















