Orbandan gözlənilməz Rusiya AÇIQLAMASI: “Biz daha güclüyük” KONKRET
Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Rusiyanın NATO-ya real təhlükə törədəcək qədər güclü olduğunu düşünmürəm. Biz daha güclüyük”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban NATO Liderlər Sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada səsləndirib.
Onun sözlərinə görə, Rusiya hazırda Ukrayna ilə müharibədə ciddi resurslar sərf edir və bu vəziyyətdə NATO ilə qarşıdurma gücündə deyil. Baş nazir əlavə edib ki, Alyansın kollektiv gücü Moskvanın imkanlarını üstələyir.
Qeyd edək ki, Viktor Orban Rusiyaya qarşı daha yumşaq mövqeyi və NATO daxilindəki bəzi fərqli yanaşmaları ilə tanınır. Bu bəyanat da alyans daxilində Rusiya siyasətinə dair müzakirələri yenidən gündəmə gətirib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 25 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















