Orbanın mövqeyi zəifləyir Görün müxalifət nə tələb edir
Icma.az bildirir, Publika.az portalına istinadən.
Macarıstanın baş naziri Viktor Orbanın rəqibi, Hörmət və Azadlıq (Tisza) Partiyasına rəhbərlik edən müxalifət lideri Peter Magyar növbədənkənar parlament seçkilərinin keçirilməsinə çağırıb.
Publika.az "Bloomberg"ə istinadən xəbər verir ki , o, bu barədə Yeni il çıxışında bildirib.
“Qoy yeni seçkilər keçirilsin ki, xalqa öz müqəddəratını həll etmək hüququ qaytarılsın”, - deyə müxalifətçi vurğulayıb.
Qeyd edək ki, Macarıstanda növbəti parlament seçkiləri 2026-cı ildə keçirilməlidir. Magyar isə hakim partiyanın reytinqinin azalmasından istifadə edərək seçkilərin vaxtından əvvəl keçirilməsinə çalışır.
"Bloomberg"in iddiasına görə, Macarıstan siyasətində on il yarım dominantlıq edən baş nazir Orbanın "Fides" Partiyası öz mövqeyini Hörmət və Azadlıq (Tisza) Partiyasına itirməli olacaq.
Vazeh BƏHRAMOĞLU
Baxış sayı:128
Bu xəbər 02 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















