Icma.az
close
up
RU
Orbanın qızının ailəsi ilə ABŞ a köçməsi müzakirələrə səbəb oldu

Orbanın qızının ailəsi ilə ABŞ a köçməsi müzakirələrə səbəb oldu

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Macarıstanın baş naziri Viktor Orbanın qızı Raxel Orban ailəsi ilə birlikdə ABŞ-a köçüb, təhsil aldığı müddətdə orada yaşayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Telex” nəşri yazır.

Cümə axşamı, müxalif "Tisa” partiyasının lideri Peter Madar "Facebook”da yazıb ki, baş nazirin qızı və kürəkəni ölkədən çıxıblar:

"Raxel Orban və İştvan Tiborç uşaqları və çoxlu çamadanları ilə bu gün saat 16:00-da (Milan hava limanından) köhnə qitədən yeni dünyaya və azadlıq ölkəsinə yola düşdülər".

Əsas səhmdarı Orbanın kürəkəni Tiborç olan BDPST Group şirkətinin nəşrə verdiyi açıqlamada Raxel Orbanın əvvəlki "Instagram” paylaşımına diqqət çəkib:

"İştvan Tiborç, Raxel Orban və uşaqları 2025/2026 tədris ilini ABŞ-da keçirəcəklər, çünki Raxel Orban universitetdə təhsil alacaq".

İyul ayının əvvəlində Raxel Orban "Instagram”da yazmışdı ki, onu ABŞ-dakı universitetlərdən birinə qəbul ediblər və o, milyarder və iş adamı olan həyat yoldaşı İştvan Tiborç ilə bu qərarı düşünürlər. "BDPST Group”un açıqlaması məsələnin yekun şəkildə həll olunduğunu təsdiqləyir.

Baş nazirin qızı paylaşımında həmçinin qeyd edib ki, artıq təxminən on beş ildir ABŞ-a qayıtmağı planlaşdırır, orada bir vaxtlar Boston Universitetində bir semestr təhsil alıb.

Onun sözlərinə görə, ABŞ-da çoxlu imkanlar və "sonradan evə gətirilə biləcək yeni biliklər” görür və məqsədi "öyrənmək, təcrübə qazanmaq və bunu evə gətirməkdir”.

Baş nazirin qızının ABŞ-a köçməsi xəbəri xüsusilə diqqət çəkib, çünki Viktor Orban siyasi məqsədlərindən biri kimi Macarıstan diasporasının ölkəyə geri dönməsini elan edir. Xüsusilə, 2023-cü ildə Macarıstan hakimiyyəti xaricdə yaşayan macarların geri dönməyi düşünməsi üçün ayrıca portal yaradıb.

Qeyd edək ki, son sorğulardan biri göstərib ki, Viktor Orbanın "Fides” partiyası reytinqlərdə müxalif "Tisa” partiyasından geri qalır.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri